Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-da gənc müəllimərin işə qəbulu tendensiyası davam etdirilir
Dərc edən: Admin Tarix: 2017-09-29

Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müasir təlim və tədris metodikalarından istifadə bacarıqlarına malik olan pedaqoji kadrları işə cəlb etmək məqsədilə görülən işlər davam etdirilir.

Artıq iki ildir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsi kimi 2017/2018-ci tədris ilinin başlanğıcında da gənc müəllimlərin işə qəbulu müsabiqə aparılıb. KİV-də yayılan elana əsasən müsabiqəyə 181 nəfərin ərizəsi daxil olub. Ərizələr universitetin profilinə və ixtisaslarına uyğun olan namizədləri müəyyən etmək, onların bilik və bacarıqlarını obyektiv qiymətləndirmək məqsədilə yaradılmış geniş tərkibli xüsusi komissiya tərəfindən qiymətləndirilib. Tərkibi elm və texnika üzrə prorektor, İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru, Tədris şöbəsini müdiri, Gənc müəllimlərin təkmilləşdirilməsi bölməsinin rəhbəri və müvafiq ixtisas müəllimlərindən ibarət olan komissiyanın seçimi əsasında elan edilmiş tələblərə uyğun gələn 56 nəfər namizəd müsabihədə iştirak etmək üçün dəvət edilib. Onlardan 29-u müsahibənin növbəti mərhələlərinə buraxılıb. 19 nəfər gənc müəllim isə bütün mərhələləri keçərək artıq ATU-da pedaqoji fəaliyyətə başlayıb. Bunlardan 7 nəfəri saat hesabı dərslə, 7 nəfəri yarım ştat, 5 nəfəri isə tam ştat işlə təmin olunmuşdur. Yeni müəllimlərdən 3 nəfəri xaricdə təhsil almış mütəxəssislərdir. Eyni zamanda xarici dil və İKT bilikləri də yüksək səviyyədə olan yeni gənc müəllimlərin bəziləri eyni zamanda istehsalat müəssisələrində də müxtəlif vəzifələri icra edirlər. Ötən tədris ilində ATU-da pedaqoji fəaliyyətə cəlb edilən gənc müəllimlərin sayı isə 34 nəfər olub.

Gənc mütəxəssislər rəhbərliklə görüşdə tam şəffaf və obyektiv şəraitdə keçirilən müsabiqə nəticəsində işə qəbul olunduqlarına görə minnətdarlıq ediblər. Onlar qeyd edib ki, göstərilən etimadı doğrultmaq və vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün var gücləri ilə çalışacaqlar.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov