Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

“Azercell”in əməkdaşları ATU-da Tələbə təqaüdü proqramı ilə bağlı görüş keçirib
Dərc edən: Admin Tarix: 2017-09-28

“Azercell Telekom” şirkəti yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələr üçün növbəti Təqaüd proqramına start verib. Bununla bağlı Azərbaycan Texnologiya Universitetində (ATU) təşkil olunan görüşdə şirkətin İnsan resursları departamentinin nümayəndələri tələbələrə proqramdan yararlanmağın yollarını izah ediblər.

Əvvəlcə qonaqları ATU-nun rəhbərliyi adından salamlayan Tədris şöbəsinin müdiri Piri Axundov ali təhsil ocağı ilə “Azercell” arasında qurulmuş səmərəli əməkdaşlıqdan bəhs edib. O, qeyd edib ki, “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk regional ofisinin Gəncədə məhz ATU-da fəaliyyətə başlaması bu əməkdaşlığın yüksək səviyyəsindən və böyük perspektiv vəd etməsindən xəbər verir.

Sonra Azercell”in əməkdaşları bildirib ki, bu əhəmiyyətli Təqaüd proqramını həyata keçirməklə “Azercell”  şirkəti təhsilində müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək vermək məqsədi daşıyır. Belə ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Bununla yanaşı gənclər proqram çərçivəsində, eyni zamanda telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

Görüşdə həmçinin qeyd olunub ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Həmin tələbələr təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Bu ildən etibarən Tələbə təqaüdü proqramında bölgə ali təhsil müəssisələri üçün ayrıca kvota müəyyən edilib. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidir. Ərizələr 15.10.2017-ci il tarixinədək yalnız onlayn formada qəbul edilir. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov