Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-da Bilik günü qeyd olunub
Dərc edən: Admin Tarix: 2017-09-15

Azərbayacan Texnologiya Universitetində yeni tədris ilinin başlaması ilə əlaqədar "Bilik günü" tədbiri keçirilib. Ötən ilin yekunlarına nəzər salınan tədbirdə növbəti ilin daha uğurlu olacağına inam ifadə olunub.


Azərbayacan Texnologiya Universitetində (ATU) yeni dərs ili ilə əlaqədar təşkil olunan mərasimi rektor, professor Akif Süleymanov açıb. Kollektivə uğurlar arzu edən rektor bildirib ki, universitet yeni tədris mövsümünə ürəkaçan göstəricilərlə qədəm qoyur. Belə ki, bu il universitetə qəbul göstəricisi ötən illə müqayisədə 18 faiz yüksəlib. Qəbulun artımı həm bakalavriatura, həm də magistratura pilləsi üzrə özünü göstərir. Hazırda universitetin tələbə sayı 2400-ə çatır ki, bunun da 2270 nəfəri bakalvriatlardır. Əyani təhsil alanlar 1891 nəfər təşkil edir. Eyni zamanda ATU-da doktorantura təhsili alamaq istəyənlərin sayında da artım müşahidə olunmaqdadır.

Professor Akif Süleymanov qeyd edib ki, bütün bu nailiyyətlərin əldə olunması təsadüfi deyil. ATU-ya marağın artması həm universitetdə ardıcıl olaraq həyata keçirilən mütərəqqi işlərin, həyata keçirilən islahat və proqramların nəticəsi, həm də ölkənin yeni iqtisadi reallığının tələbidir. Belə ki, qeyri-neft sektorunun inkişaf etdirilməsinin vüsət aldığı hazırki şəraitdə yeni yaranan istehsalat müəssisələrində mühəndis-texnoloq kadrlarına tələbat da durmadan artır. 

Tədbirdə çıxış edən tələbə və valideynlər də təhsil almaq üçün ATU-nu seçməklərindən məmnun qaldıqlarını dilə gətiriblər. 

Sonda Azərbayacan Texnologiya Universitetinə ən yüksək balla qəbul olan Məmməd Hüseynova noutbuk, hər fakültə üzrə birinci yeri tutanlara isə digər qiymətli hədiyyələr bağışlanıb, tələbə biletləri təqdim olunub. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov