Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Elmi Şuranın 11 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2017-07-06

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 11 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

Rektor daha sonra 2016/2017-ci tədris ilində ATU-nun fəaliyyəti və perspektiv inkişafı  haqqında çıxış edib. Elmi Şuranın elmi katibi Şakir Əliyev isə 2017/2018-ci tədris ilinin birinci yarımili üçün uni­ver­sitet Elmi Şurasının iş planını müzakirəyə çıxarıb. Plan səsvermə yolu ilə qəbul edilib.

Müxtəlif məsələlərin müzakirəsi zamanı Elmi Şuranın elmi katibi Şakir Əliyev Qasımov Rövşən Fazil oğlunun dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılmasını, professor Elşad Məmmədov isə Elmi-texniki şuranın əsasnaməsinə dəyişiklik edilməsi məsələsini müzakirəyə təqdim edib. Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev dissertant Yalçın Zafer Yılmaz oğlunun dissertasiya mövzusunun və elmi rəhbərinin təsdiqi və İlyasova Aynur Fərrux qızının əyani doktoranturadan qiyabiyə keçirilməsini Şura üzvlərinin müzakirəsinə təqdim edib. Qaldırılan məsələlər səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edilib.

Sonda tədris işləri üzrə prorektor Vüqar İsmayılovun təklifinə əsasən universitet üzrə Dövlət Attestasiya Komissiyasının qərarı təsdiq edilib.

Bununla da Elmi Şuranın 11 saylı iclası yekunlaşıb.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov