Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-da növbəti elmi seminar keçirilib
Dərc edən: Admin Tarix: 2017-06-29

Azərbaycan Texnologiya Universitetində (ATU) Kimya mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Naften yağının alınması və tibbdə tətbiqi” mövzusunda elmi seminar keçirilib. ATU ilə Gəncədəki “Turan 15” poliklinikası arasında bağlanmış əməkdaşlıq memorandumu əsasında təşkil edilən seminarda universitetin professor-müəllim heyətinin üzvləri ilə yanaşı dəvət olunmuş həkimlər də  iştirak edib.

Əvvəlcə qonaqları salamlayan ATU-nun elm və texnika üzrə prorektoru dosent Səbuhi Yusifov universitetin bir çox müəssisələrlə apardığı səmərəli əməkdaşlıq işləri və onların nəticələri haqqında məlumat verib.

Sonra ATU-nun Kimya mühəndisliyi kafedrasının dosenti Əli Muradov mövzu üzrə təqdimatla çıxış edib. O, öz çıxışında naftalan neftindən yeni texnologiya əsasında alınan yüksək müalicəvi xassəyə malik bioloji aktiv naften yağının  hazırlanması, daha sonra isə naftendən məlhəm, balzam və s. törəmə məhsulların əldə edilməsi haqqında məlumat verib. Eyni zamanda qonaq qismində iştirak edən “Turan 15” poliklinikasının baş həkimi  Könül Ağayev,  ”Gəncə  Naftalan”   sağlamlıq  mərkəzinin müalicə həkimi  E. Əsgərova da çıxış edərək  Naftalan neftindən alınan naften yağının və məlhəmlərin müxtəlif xəstəliklərin müalicəsində effektiv təsirindən bəhs ediblər. Seminarda iştirak edən AMEA-nın  Gəncə Bölməsinin şöbə müdirləri aparılan elmi-tədqiqat işinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov