Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ABŞ-ın Corc Vaşinqton Universitetinin doktorantı ATU-nun gənc müəllimləri üçün seminar keçib
Dərc edən: Admin Tarix: 2017-06-26

Azərbaycan Texnologiya Universitetində (ATU) Gənc müəllimlərin təkmilləşdirilməsi bölməsinin təşkilatçılığı ilə  təhsilin idarə edilməsi üzrə mütəxəssis Sevinc Məmmədovanın seminarı keçirilib. 

ABŞ-ın Corc Vaşinqton Universitetinin doktorantı olan mütəxəssis ATU-da çalışan gənc müəllimlərlə tədqiqat işlərinin daha səmərəli təşkili ilə bağlı öz təcrübələrini bölüşüb. Tədqiqat işinin bölmələr üzrə ayrı-ayrılıqda necə yazılmalı olduğunu izah edən Sevinc Məmmədova  bu zaman  daha çox diqqət yetirilməli olan məqamlara da aydınlıq gətirib. Müzakirələrlə davam edən seminar müəllimlərin böyük marağına səbəb olub. Gənc müəllimlərin suallarını cavablandıran mütəxəssis onlara elmi tədqiqat işləri və pedaqoji fəaliyyətlərində uğurlar arzu edib.

Məlumat üçün bildirək ki, bakalvr təhsilini Gəncə Dövlət Universitetində  tərcüməçilik ixtisası üzrə alan Sevinc Məmmədova daha sonra təhsilin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Hazırda ABŞ-ın Corc Vaşinqton Universitetində həmin istiqamət üzrə doktorantura pilləsində təhsilini davam etdirən mütəxəssis bu günə kimi öz fəaliyyət və tədqiqat sahələrinə dair bir çox təlim və seminarlar təşkil edib.  

 
Yuxarı
  • Developed by: Ayaz Askerov