Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Rektor Silahlı Qüvvələri Günü münasibətilə veteran əməkdaşlarla görüşüb
Dərc edən: Admin Tarix: 2017-06-26

Azərbaycan Texnologiya Universitetində (ATU) kollektivin Qarabağ döyüşlərində iştirak etmiş üzvləri ilə rəhbərliyini görüşü təşkil olunub. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirilən görüşdə veteranlara pul mükafatları və hədiyyələr təqdim olunub.

Əvvəlcə hər kəsi Silahlı Qüvvələri Günü münasibətilə təbeik edən ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, bu əlamətdar tarixi gündən ən böyük qürur və sevinc hissi torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına vuruşmuş veteranlara düşür. Onların xidmətləri ölkəmizdə hər zaman dövlət səviyyəsində qiymətləndirilir, sosial təminat və qayğıları diqqət mərkəzində saxlanılır. Məhz bu prinsipi əsas götürən universitet rəhbərliyi də Qarabağ veteranlarının fəaliyyətinə xüsusi həssaslıqla yanaşır. Rektor qeyd edibki, ATU-nun həm professor müəllim heyəti, həm də inzibati və texniki işçiləri arasında Qarabağ veteranlarının olması kollektiv üçün xüsusi qürurverici bir haldır.

Azərbaycanda ordu quruculuğu məsələləri haqqında da danışan professor Akif Süleymanov bu işin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu vurğulayıb. Rektor qeyd edib ki,  əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş milli ordumuzun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Onun Ali Baş Komandan kimi Silahlı Qüvvələrin quruculuğu sahəsində apardığı işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordunun qarşısında işğal olunmuş ərazilərimizi düşməndən azad etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs bir vəzifə dayanır. Ötən ilin aprelində baş verən döyüş əməliyyatları isə ordumuzun bu vəzifənin öhdəsindən istənilən anda layiqincə gəlməyə hazır və qadir olduğunu sübut etdi.

Veteranlar göstərilən diqqət və qayğıya görə rəhbərliyə minnətdarlıq ediblər. Onlar qeyd edib ki, yaş və sağlamlıq vəziyyətlərindən asılı olmayaraq zərurət yaranarsa istənilən zaman yenidən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılmağa hazırdırlar.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov