Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-da işçilərə bayram sovqatı paylanıb
Dərc edən: Admin Tarix: 2017-06-24

Azərbaycan Texnologiya Universitetində (ATU) texniki və qulluqçu heyətə daxil olan işçilərə bayram sovqatı paylanılıb. Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqı Komitəsinin tərəfindən təşkil olunan aksiyada universitetin rəhbərliyi də iştirak edib.

Əməkdaşları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən rektor professor Akif Süleymanov qeyd edib ki, onların qayğısına qalmaq ilin bütün dövlərində rəhbərliyin diqqət mərkəzindədir. Bu cür əlamətdar günlərdə isə kollektivin zəhmətkeşlərini yada salmaq xüsusilə vacibdir. Çünki, insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda hər kəs Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayır. İnsanlar bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərdə həmrəy olmaq fürsəti qazanırlar.

Sonra müxtəlif ərzaq məhsullarından ibarət olan bağlamalar əməkdaşlara təqdim edilib. Ramazan bayramı münasibətilə təşkil olunan aksiyada ümumilikdə 68 nəfərə  işçiyə bayram sovqatı təqdim olunub. Əməkdaşlar belə əziz bir gündə onları yaddan çıxarmayan universitet rəhbərliyi və AHİK-ə minnətdarlıq ediblər.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov