Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-nun təşkil etdiyi ümumrespublika inşa yazı müsabiqəsi başa çatıb
Dərc edən: Admin Tarix: 2017-06-24

Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən ölkənin ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan “Azərbaycan-Rusiya əlaqələri: Dünən, bu gün, sabah” adlı inşa yazı müsabiqəsi yekunlaşıb. Nəticələrin elan edilməsi məqsədilə təşkil olunan tədbirdə qaliblərə sertifikat və mükafatlar təqdim olunub.

Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, Gəncə şəhərinin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərin proqramına daxil olan bu müsabiqənin mövzusu da təsadüfi seçilməyib. Belə ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət, bir-birinə qaynayıb-qarışan milyonlarla insanın taleləri bağlayır. Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən 25 il ərzində bu qiymətli irsi qoruyub saxlamağa və artırmağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olunub. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. Bu modelin qorunması və inkişaf etdirilməsini şərtləndirən amilləridən biri də qarşılıqlı münasibətlərin öyrənilməsi və təbliğidir. Keçirilən müsabiqə də məhz bu mərama xidmət edən addımlardandır.

Daha sonra ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov müsabiqənin mövzu və istiqamətləri haqqında məlumat verib. O, qeyd edib ki, müsabiqəyə ölkənin 20-yə yaxın ali təhsil ocağından Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi, mədəni və sosial aspektlərinə həsr olunan yazılar daxil olub. Tələbələrin Azərbaycan, rus və ya ingilis dillərində hazırladığı inşaların qiymətləndirilməsi peşəkar mütəxəssislərdən ibarət 5 nəfərlik münsiflər heyəti tərəfindən anonimlik gözlənilməklə aparılıb.

Münsiflər adından çıxış edən ATU-nun Mətbuat xidmətinin rəhbəri Rasim Əliyev isə qeyd edib ki, yazılara 10 ballıq cədvəl üzrə dörd meyar üzrə qiymət verilib. İnşaların forma və məzmuna dair tələblərə cavab verməsi, mövzunun adının onun məzmununu əks etdirməsi, irəli sürülən fikir və ideyaların aydınlığı və məzmunluluğu, dil qaydalarına riayət olunması prinsiplərinə əsasən aparılan qiymətləndirmə nəticəsində hər dil üzrə 3 nəfər qalib gəlib. Azərbaycan dilindəki inşalara görə I yerə Bakı Dövlət Universitetinin tələbəsi Fərid Muradov, II yerə Mingəçevir Dövlət Universitetinin tələbəsi Kəmalə Hacıyeva, III yerə isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Fəqan Səfərəliyev çıxıb. İngiliscə yazılara əsasən I və II yerlərə Azərbaycan Texnologiya Universitetinin tələbələri Əlövsət Mikayılov və Arzu Səfərli, III yerə isə Azərbaycan Universitetinin tələbəsi Vəfa Axundova layiq görülüb. Rusca inşaların ən yaxşılarının müəllifi kimi  Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İsa Qurbanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərgiz Əliyeva və Bakı Slavyan Universitetinin tələbəsi İlahə Seyidova elan olunub. Qalib müəlliflərdən bəziləri inşa yazıları əsasında hazırladıqları təqdimatlarla çıxış ediblər. Müsabiqədə həmçinin ən yaxşı məzmun, ən yaxşı istinad və ən yaxşı orfoqrafik yazılışa görə fərqlənən inşalar da elan olunub.

Sonda ATU-nun rektoru, professor Akif Süleymanov qaliblərə sertifikat və mükafatlar təqdim edib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov