Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da Dünya Bankının layihəsi icra olunub
Dərc edən: Admin Tarix: 2017-06-23
Azərbaycan Texnologiya Universitetində (ATU) Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə başa çatıb. 5 ay davam edən “Maliyyə savadlılığının artırılması” adlı layihədə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri könüllü qismində iştirak edib.
 
Əhaliyə maliyyə hədəflərinin müəyyən edilməsi və maliyyə nəzarətinin formalaşdırılmasına dair biliklərin aşılanması məqsədilə həyata keçirilən layihənin icrasına ümumilikdə ATU-nun 46 tələbə və 6 əməkdaşı cəlb olunub. Fevral və mart aylarında layihə iştirakçılarına Dünya Bankının nümayəndələri tərəfindən təlimlər keçilib. Yerli və xarici təlimçilər iştirakçılara layihənin məramı, eləcə də həm görüşüləcək əhali qrupları, həm də tələbələrin özləri üçün gətirəcəyi faydalar haqqında danışıb. Aprel, may və iyun aylarında isə 5 qrupa bölünən tələbələr Göygöl, Şəmkir, Goranboy, Mingəçevir və Yevlaxda əvvəlcədən müəyyən edilən 276 respondentlə görüşüb. Hər həftə iki dəfə sakinlərin evləri və iş yerlərində keçirilən görüşlərdə respondentlərə onların gəlirləri, xərcləri, büdcələrinə nəzarət və qənaət vərdişlərinə dair suallar verilib.
 
Respondentlərlə görüşlər başa çatdıqdan sonra tələbələr nəticələrə dair hesabatlar təqdim ediblər. Layihə iştirkaçılarına sertifikat və qonorar verilib.
 
Yuxarı
  • Developed by: Ayaz Askerov