Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da növbəti mediatur keçirilib
Dərc edən: Admin Tarix: 2017-06-19

Azərbaycan Texnologiya Universitetində (ATU) imtahanların gedişini izləmək üçün növbəti mediatur təşkil olunub. Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq təşkil olunan mediaturda jurnalistlərlə yanaşı tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak edib.

Aksiya iştirakçıları auditoriyalarda 2016-2017-ci tədris ilinin yaz sessiyası çərçivəsində təşkil olunan imtahanların gedişini izləyib, prosesin mövcud qaydalara uyğun təşkili ilə bağlı müşahidələr aparıblar. Tələbələr onların semestr imtahanlarının şəffaflığı ilə bağlı suallarını cavablandırıb.

ATU-nun rektoru, professor Akif Süleymanov mediatur iştirkaçıları ilə söhbət zamanı bildirib ki, iyunun 1-dən 30-dək davam edən sessiyada əyani və qiyabi bölmə üzrə ümumilikdə 3000-ə yaxın tələbənin bilikləri qiymətləndiriləcək. Prosesin tam qanunauyğun formada təşkili, obyektivliyin maksimum təmin olunması üçün bütün zəruri hazırlıq tədbirləri görülüb, imtahan qərargahı, apellyasiya komissiyası və qaynar xətt yaradılıb. 4 fakültədə 22 ixtisas üzrə təhsil alan bakalavriat və magistrantın biliyinin qiymətləndirilməsi həm kompyuterdə test üsulu ilə, həm də yazılı formada aparılır. Tələbələr onlara əvvəlcədən cavabları ilə birlikdə təqdim olunmuş 700 sualdan təsadüfi seçmə yolu ilə müəyyən edilən 50-nə 1 saat ərzində cavab verməlidirlər. İndiyədək 2 tələbə texniki yanlışlıq ucbatından baş vermiş anlaşılmazlığın aradan qaldırılması üçün Apellyasiya komissiyasına müraciət edib, məsələ araşdırılaraq həll edilib. Qaynar xəttə isə hansısa neqativ halla bağlı müraciət daxil olmayıb.

Rektor həmçinin qeyd edib ki, mediaturların təşkili ATU-da yaradılan şəffaf təhsil mühitinin yeganə göstəricisi deyil. Belə ki, Təhsil Nazirliyinin sifarişi əsasında Siyasi Texnologiyalar Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən sosioloji sorğunun nəticələri də Azərbaycan Texnologiya Universitetində şəffaflığın təmin edilməsi və neqativ halların aradan qaldırılması ilə bağlı vəziyyətin olduqca ürəkaçan olduğunu ortaya qoyub. Qış imtahan sessiyasınının gedişi zamanı ölkədəki ali məktəblərin tələbələri arasında keçirilən sosioloji sorğuda ATU olduqca yüksək göstəricilərlə fərqlənərək bir çox nüfuzlu universiteti qabaqlayıb. Sorğuda iştirak edən tələbələrin böyük əksəriyyəti təhsil aldığı müddətdə rüşvət halı ilə qarşılaşmadığını bildirib.

Mediaturun gedişi zamanı tələbələrin valideynləri də imtahan sessiyasının təşkilindən və ümumilikdə ATU-da övladları üçün yaradılan əlverişli təhsil şəraitindən razılıq ediblər. Tələbələr də jurnalistlərin suallarını cavablandırarkən biliklərinin qiymətləndirilməsində heç bir neqativ halla üzləşmədiklərini, imtahanların tam şəffaf və obyektiv formada təşkil olunduğunu bildiriblər. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov