Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Milli Qurtuluş Günü ATU-da qeyd olunub
Dərc edən: Admin Tarix: 2017-06-15

Azərbaycan Texnologiya Universitetində (ATU) 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Universitet rəhbərliyi və professor müəllim heyətinin iştirak etdiyi tədbirdə 1993-cü ilin yayında baş verən və Azərbaycanın siyasi tarixinə parlaq dönüş nöqtəsi kimi daxil olan hadisələrə nəzər salınıb.

Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki Ümummilli liderimiz  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub. Rektor qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonrakı ilk dövrdə dövlətin idarəçilik sükanı arxasında xalqı bir yerə cəmləşdirə biləcək qüdrətli lider yox idi. Bunun nəticəsi olaraq yaranmış hərbi, siyasi və sosial böhran ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin yayında xalqın xahiş və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış siyasi böhranın həllinə, hərtərəfli inkişafın vüsət almasına imkan yarandı. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.

Daha sonra çıxış edənlər də vurğulayıb ki, məhz qeyd edilən tarixi reallığa əsasən 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olub. 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda  Qurtuluş günü kimi rəsmiləşdirildi. Çünki məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi, qurtuluşumuzun təməlini atdı.

Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir, bu tarixi dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov