Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-da qida məhsullarının istehsal texnologiyasına aid elmi seminar keçirilib
Dərc edən: Admin Tarix: 2017-06-07

Azərbaycan Texnologiya Universitetində (ATU) Müştəriyə Yönəlmə Proqramı çərçivəsində “Qeyri-ənənəvi xammallardan istifadə etməklə makaron məmulatlarının istehsal texnologiyasının işlənməsi” mövzusunda qida məhsullarının texnologiyası qrupunun   “NEON” firmasında apardığı elmi-tədqiqat işlərinə dair seminar keçirilib.

ATU-nun elm və texnika üzrə prorektoru, dosent Səbuhi Yusifov  və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi elmi seminara AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, dosent İmran Qasımov və “NEON” firmasının laborantı Samir Hüseynov da qonaq qismində qatılıb.

Seminarda çıxış edən Qida məhsullarının texnologiyası kafedrasının dosenti Eldəniz Bayramov bildirib ki, istahsalat müəssisəsi ilə birgə aparılan elmi-tədqiqat işinin əsas məqsədi makaron məmulatlarında yaranan qüsurları müəyyən etmək, onların səbəblərini sistemləşdirmək və aradan qaldırılması üçün təkliflər hazırlamaqdır. Məruzəçi qeyd edib ki, hazırda bu qüsurları qeyri-ənənəvi xammallardan istifadə etməklə aradan qaldırmaq metodları makaron məmulatlarının istehsal texnologiyasında yeni istiqamət kimi ciddi əhəmiyyət kəsb edir. Bu mövzuda aparılan elmi-tədqiqat işləri çərçivəsində indiyədək görülən işlər barədə geniş məlumat verən Eldəniz Bayramov mövcud problemlər haqqında da danışaraq onların həllini seminar iştirakçılarının müzakirəsinə təqdim edib. Kafedranın digər əməkdaşları da məsələ ətrafında mülahizələrini bölüşüblər.

Daha sonra maraqlı diskussiyalarla davam edən elmi seminar  iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov