Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU Bakıda keçirilən sərgiyə qatılıb
Dərc edən: Admin Tarix: 2017-06-06

Azərbaycan Texnologiya Universiteti (ATU) Bakıda “Azərbaycan universitetlərinin tanıtımı” layihəsi çərçivəsində keçirilən sərgidə iştirak edib. “Hədəf” kurslarının təşkilatçılığı ilə baş tutan sərgidə universitetin əməkdaşları abituriyentlərə ATU haqqında geniş məlumat veriblər.

Abituriyentlərin universitet və ixtisas seçmə məsələsində üzləşdikləri çətinlikləri aradan qaldırmaq, onların suallarını cavablandırmaq məqsədilə keçirilən sərgidə ATU-nu tərbiyə işləri üzrə koordinator Fuad Bayramlı təmsil edib. O, sərgi iştirakçılarını, abituriyentlər və onların valideynlərini ATU-nun fakültə və ixtisasları, tədris proqramları, həyata keçirdiyi layihələr haqqında bilgiləndirib. Eyni zamanda  ATU-nun məlumat broşürləri və digər maarifləndirici çap materialları sərgi iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, “Azərbaycan universitetlərinin tanıtımı” adlı sərgidə ölkənin 20-dək ali və orta ixtisas təhsil müəssisəsi iştirak edib. Sonda “Hədəf” kursları tərəfindən təşkil olunan bilik yarışının qaliblərinə sertifikat, diplom və mükafatlar təqdim edilib.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov