Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da elmi seminar keçirilib
Dərc edən: Admin Tarix: 2017-05-30

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Əlvan Metal Emalı Zavodu (Gəncə) arasında imzalanmış əməkdaşlıq çərçivəsində geniş tərkibli elmi seminar keçirilib. Seminar universitetin Kimya mühəndisliyi kafedrası tərəfindən Müştəriyə Yönəlmə Proqramı çərçivəsində “Elektrokimyəvi korroziyadan qorunmanın katod müdafiəsi” mövzusunda aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunub.

Elmi seminarda ATU-nun elm və texnika üzrə prorektoru, dosent Səbuhi Yusifov universitet sənaye əlaqələrinin bu günkü təhsil prosesindəki yerindən və əhəmiyyətindən danışıb. ATU-nun bir neçə istehsalat müəssisəsi ilə səmərəli əməkdaşlıq etdiyini bildirən prorektor bu prosesin kadr hazılığı məsələsinə veridyi töhfədən də danışıb.  

Daha sonra ATU-nun Kimya mühəndisliyi kafedrasının müdiri, professor Ələmdar Əlbəndov mövzu ətrfafında geniş təqdimatla çıxış edib. O, maddələrdə baş verən korroziyanın elektrokimyəvi mexanizminə, termodinamikasına, korroziyadan qorunmada protektorlardan istifadəyə, ikili alüminium və sink tullantılarından istifadə edilməklə hazırlanmış protektor xassəli ərintilərin tədqiqinə və korroziyadan qorunmada istifadəsinə dair geniş elmi bilikləri seminar iştirakçıları ilə bölüşüb. Böyük maraqla dinlənilən çıxış sual-cavabla davam etdirilib.

Elmi seminarda iştirak edən professor Tofiq Qocayev, professor Əhəd Nəbiyev, dosent Nazim Vəliyev və dosent Vəli Budaqov isə çıxış edərək mövzunun praktik baxımdan əhəmiyyətini yüksək qiymətləndiriblər.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov