Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

İnsan resursları üzrə mütəxəssis Vüsal Qasımov ATU-da tələbələrlə görüşüb
Dərc edən: Admin Tarix: 2017-05-25

Azərbaycan Texnologiya Universitetində Milli insan resursları forumu layihəsinin rəhbərlərindən biri olan insan resursları və biznesin inkişafı üzrə mütəxəssis Vüsal Qasımovun tələbələrlə görüşü baş tutub. Bu günə qədər ixtisası üzrə onlarla seminar verən təlimçi tələbələrə auditoriya qarşısında təqdimatla çıxış etməyin incəliklərindən bəhs edib. Gələcək karyeralarında müvəffəqiyyət əldə etmənin yollarından birinin də uğurlu təqdimat olduğunu deyən mütəxəssis tələbələrlə buna nail omağın yolları haqqındakı biliklərini bölüşüb. Ən əsas şərt olaraq səmimiliyi göstərən təlimçi qeyd edib ki, yüksək nəticə üçün hər şeydən əvvəl hədəf konkretləşdirilməli, bunun üçün atılmalı olan addımlar müəyyən edilməlidir.

Daha sonra ATU Davamlı İnkişaf Mərkəzinin mütəxəssisləri də düzgün təqdimatın hazırlanması və çatdırılması ilə bağlı öz təcrübələrindən bəhs edib.

Sonda tələbələrin suallarını cavablandıran Vüsal Qasımov onlara gələcək karyerlarında uğurlar arzu edib.

Məlumat üçün bildirək ki, Vüsal Qasımov karyera müşaviri və “Azerbaijan Public Speaking Championship” layihəsində məsləhətçidir.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov