Universitetimizdə Qələbənin 70 illiyi qeyd edildi
Dərc edən: Admin
Tarix: 2015-05-04
Bu gün Azərbaycan Texnologiya Universitetində (ATU) Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib.
Universiyetin Tədris İşləri üzrə prorektoru Rövşən Əliyev, Tərbiyə İşləri üzrə prorektoru Gülsüm Fətəliyeva, Fəlsəfə və tarix kafedrasının baş müəllimi Şahmar Həsənov, Fəlsəfə və tarix kafedrasının baş müəllimi R.Hüseynov və Böyük Vətən müharibəsinin iştirakçısı Tofiq Paşa oğlu Hüseynov iştirakçıları salamlayıb, onları Qələbə günü münasibəti ilə təbrik edib.
Tədbir bir dədidəlik sükutla başladı.
Rövşən Əliyev Böyük Vətən Müharibəsi vaxtı Azərbaycanın əhalisi 3 mln. nəfər olduğunu qeyd edib və onun da 700 mindən çoxu müharibədə iştirak etdiyini vurğulayıb. Onlardan 300 mindən çoxu isə müharibədə həlak olduğunu deyərək, bu göstəricinin təxminən əhalinin 10%-i təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Gülsüm Fətəliyeva müharibə veteranlarını təbrik edib və Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlıqlarından danışıb. O, Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasında Bakının misilsiz rolundan ətraflı bəhs edib. Prorektor gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, veteranların öz zəngin təcrübələrini onlara aşılaması baxımından bu günki mərasimin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Böyük Vətən Müharibəsi veteranı Tofiq Paşa oğlu Hüseynov iştiraçısı olduğu döyüşlərdən bəhs etdi.
Rəsmi hissədən sonra Qələbənin 70 illiyinə həsr olunmuş təntənəli konsert proqramı ilə tələbələr çıxış etdi.