Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Tədbirlər

Xocalı bizi gözləyir...
Dərc edən: Admin Tarix: 2015-03-02

          26 fevral 2015-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Qida Məhsullarının Texnologiyası və Turizm” fakültəsində bəşər tarixinin ən dəhşətli insan faciəsi olan Xocalı soyqırımının 23–cü ildönümünə həsr olunmuş matəm xarakterli xatirə gecəsi həyata keçirildi.

        Tədbiri “Dillər” kafedrasının müəllimi Turanə Məmmədova “İqtisadiyyat və İdarəetmə” fakültəsinin Marketinq ixtisasının 354 a2 qrup tələbələri ilə birgə  iştirakı ilə təşkil etmişdi. Mərasimdə “İqtisadiyyat və İdarəetmə” fakültəsinin dekanı dosent Xalidə Ağayeva, “Qida Məhsullarının Texnologiyası və Turizm” fakültəsinin dekan müavini Hafiz Əsgərov, “Dillər” kafedrasının müdiri Aliyə Pənahova və həmin kafedranın əməkdaşları iştirak edirdilər. Aliyə xanım mərasimi açaraq bildirdi ki, belə bir tədbirin tələbələr tərəfindən böyük məsuliyyətlə hazırlanması çox təqdirəlayiq bir haldır, yüksək dəyərləndirilməyə layiqdir. Belə ki, bu faciə gənclik tərəfindən unudulmamalı, bu dəhşətli soyqırımın acı həqiqətləri dünya birliyinə çatdırılmalıdır.

        1992-ci il, 26 fevral sadə bir tarix deyil...Bu tarix bizə valideynlərini itirmiş körpələrin, qardaş itirmiş bacıların, oğul itkisi ilə yanan anaların naləsini xatırladır. Bəli, biri vardı, biri yoxdu... Azərbaycan xalqının bir zamanlar Xocalı adlı bir obası vardı...Biz ona laqeyd olduq, düşmənlərimiz hiyləgər davrandılar və onu bizdən aldılar. İnsan cildinə girmiş vəhşilər yaşlıları, qadınları, uşaqları, gəncləri, bələkdəki körpələri öldürdülər. Həmin gecə yer də, göy də qışqırıq, fəryad səslərindən titrədi, sırsıralar da qanına boyanmış günahsız insanların göz yaşlarından əridi. Lakin erməni ürəyi yumşalmadı, qəddarlığı, zülmü, vəhşiliyi daha da artdı.Həmvətənlərimizin kömək üçün uzanan əllərini kəsdilər, gözlərini ovdular. Ağlama Xocalı, sızlama, həsrətimizin sonuna çox az vaxt qalıb...

           Tələbələr öz çıxışlarını həm ingiliscə, həm də azərbaycanca təqdim etdilər, bu soyqırımın bütün reallıqlarını ürək ağrısı ilə dilə gətirdilər.

    Xocalı taleyi uğursuz yazı                                     Xocalı arxadan atılan güllə

    Xalqın öz qanına bulaşmasıdır                               Xocalı xalqımın faciəsidir

    Xocalı dünyanın ən ağır yası                                  Xocalı günahsız soydaşlarımın

    Bütöv bir millətin ağlaşmasıdır.                              Qısas çağırışı, fəryad səsidir.

     
    Yuxarı
    • Developed by: Ayaz Askerov