Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/12 : Əvvəlcə Azərbaycan Tex

Tədris işləri üzrə prorektor

İsmayılov Vüqar Ağamusa oğlu
Son dəyişiklik:

 

  • 5 dekabr 1979-cu ildə Göyçay rayonunda anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetində "Politologiya" ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə eyni universitetdə "idarəetmənin sosiologiyası" ixtisası üzrə   magistr dərəcəsi almışdır.
  • 2003-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində hərbi xidmətə getmiş,  2005-ci ilin aprel ayında hərbi xidməti baş leytenant rütbəsində başa vurmuşdur.
  • 2013-cü ilin iyun ayının 24-də Elmlər Akademiyasının İqtisadiyyat institutunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adını almışdır.
  • 2009/2011-ci illərdə “Gənclərin elmi araşdırmalarına dəstək” ictimai birliyində sədrin 1-ci müavini vəzifəsində işləmişdir.
  • 2011/2015-ci illərdə Bakı Mühəndislik Universitetində Magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləmiş, eyni zamanada həmin universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi olmuşdur.
  • 2013-2014-cü illərdə Türkiyə Respublikası Təhsil Nazirliyinin layihəsi əsasənda təşkil olunan “Ailə terapiyası” təlim proqramında bir illik distant təhsil alaraq ailə terapevti sertifikatı əldə etmişdir.
  • 2015-ci il avqust ayının 5-dən Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsində işləyir.
  • 2017-ci il iyul ayının 14-də Ali Attestasiya Komissiyasının (protokol N19-K) qərarı ilə İnzibati idarəetmə kafedrası üzrə dosent elmi adını almışdır.
  • Tibilisi Açıq Universitetdə son illərdə  İqtisadiyyat sahəsində verdiyi mühazirələr və apardığı araşdırmalar nəticəsində 2018-ci  ilin yanvar ayında Tibilisi Açıq Universitetinin iqtisadiyyat sahəsi üzrə Fəxri Professoru adına layiq görülmüşdür.
  • 2018-ci ilin mart ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat üzrə elmlər doktorluğu təhsilinə başlamışdır və hal-hazırda dissertasiya mövzusu olaraq “İstehlakçı davranışının stimullaşdırma modelləri” üzrə araşdırmalar aparır. 
  • Azərbaycan Texnologiya Universitetində Magistratura və Bakalvr təhsili alan tələbələrə Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, İstehlakçı davranışı fənnlərini tədris edir. Bununla yanaşı elmi fəaliyyətini regional idarəetmə, idarəetmənin sosiologiyası və davranış iqtisadiyyatı (behavioral economics) istiqamətində davam etdirir.
  •  25-dən çox elmi məqalə, 3 dərs proqramı və 5 dərs vəsaitinin müəllifidir.
  •          Evlidir, bir övladı var.

 

 

Yuxarı
  • Developed by: Ayaz Askerov