Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tələbə etikası

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • AZƏRBAYCAN   TEXNOLOGİYA  UNİVERSİTETİNDƏ
  •  TƏLƏBƏLƏRİN   UNİVERSİTET DAXİLİ   İNTİZAM
  • Q A Y D A L A R I

 

  1. ÜMUMİ  MÜDDƏALAR
  • 1.  “Azərbaycan Texnologiya Universitetində Tələbələrin Universitetdaxili İntizam Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Texnologiya Universitetində (bundan sonra - Universitet) təhsil alan bütün tələbələrin Universitet daxilində ümumi davranışını və tədris prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
  • 2. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil Haqqında”  Qanununa, digər qanunvericilik aktlarına və  “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”n  uyğun hazırlanmışdır.
  • 3. Bu Qaydaların tətbiqində əsas məqsəd tələbələr arasında tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır.
  • 4. Bu Qaydalar Universitetə daxil olduğu andan etibarən bütün tələbələr üçün məcburidir.
  • 5. Bu Qaydaların pozulmasına görə tələbələrə intizam tənbehi tətbiq edilir.
  •  

Bu Qaydaların tətbiqi zamanı aşağıdakı prinsiplər əsas götürülür:

a) Bərabərlik prinsipi: intizam qaydalarını pozmuş tələbələr irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar.

 b) Ədalət prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

c) Humanizm prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.

 

II. TƏLƏBƏLƏRİN   ƏSAS   HÜQUQ  VƏ  VƏZİFƏLƏRİ

III. QRUP NÜMAYƏNDƏSİ  VƏ   ONUN VƏZİFƏLƏRİ

IV. TƏDRİS PROSESİNİN TƏŞKİLİ  QAYDALARI

V. TƏHSİLDƏ MÜVƏFFƏQİYYƏTLƏRƏ  GÖRƏ  HƏVƏSLƏNDİRMƏ

VI. TƏDRİS  İNTİZAMININ POZULMASINA GÖRƏ  MƏSULİYYƏT

VII.  İNTİZAM TƏNBEHİNDƏN APELYASİYA ŞİKAYƏTİNİN VERİLMƏSİ  QAYDASI

VIII. YEKUN MÜDDƏALAR

Yuxarı
  • Developed by: Ayaz Askerov