Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Rektor

Akif Şamil oğlu Süleymanov
Son dəyişiklik:
  •       Süleymanov Akif Şamil oğlu 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. 1969-cu ildə II Şıxlı kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinin elektron hesablama maşınları, kompleksləri. sistemləri və şəbəkələri ixtisasına qəbul olmuş və 1972-ci ildə Azərbaycandan kənarda kadr hazılığı siyasətinə uyğun olaraq təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna oxumağa göndərilmişdir.
  •     A.Ş.Süleymanov 1976-cı ildə Moskva Energetika İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsinin elektron hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri ixtisasını bitirdikdən sonra respublikamıza qayıtmış və təyinatla Bakı Radio zavodunda əmək fəaliyyətinə başlamışdır. Zavodda kompyüter üzrə mühəndis-nizamlayıcı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Azərbaycan Texniki Universitetində saat hesabı ilə dərslər aparmışdır.
  •     A.Ş.Süleymanov 1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin Hesablama texnikası (indiki İnformasiya texnologiyaları və   proqramlaşdırma) kafedrasına assistent vəzifəsinə və 1990-cı ildə isə həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir.
  •      A.Ş. Süleymanov 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında «Diskret verilənlərin çoxdəfəli sıxma-açma sisteminin universal alqoritminin işlənməsi» mövzusunda 05.13.14- İnformasiya emalı və idarə edilməsi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 1999-cu ildə dosent elmi adına layiq görülmüşdür.
  •       O, fakültə Elmi Şurasının elmi katibi, kafedra müdirinin müavini və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. 2001-ci ildən isə İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsinə seçilmişdir.  
  •      A.Ş. Süleymanov tələbələrin elmi işlərinə, magistrant və aspirant dissertasiyalarına rəhbərlik etmiş, kafedrada aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəal iştirak etmiş və elmi-tədqiqat laboratoriyasının müdiri işləmişdir.  150  elmi-metodiki işin, o cümlədən 12 dərslik və bir monoqrafiyanın müəllifidir. Məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.
  •     O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir. 05.13.01- sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə Dissertasiya Şurasının üzvüdür və 7 dəfə elmlər namizədliyi dissertasiyalarına opponent təyin edilmişdir.
  • Universitetdə işlədiyi müddət ərzində A.Ş.Süleymanov özünü informatika sahəsində peşəkar bir mütəxəssis və müəllim kimi tanıtmış və  kollektivdə böyük nüfuz qazanmışdır. Universitetin ictimai həyatında fəal iştirak etmişdir. Avtomatika və kompüter texnikası fakültəsinin və universitet Elmi Şuralarının üzvü olmuşdur.
  •             2000-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona  «Əməkdar müəllim» fəxri adı verilmişdir.
  •     2011-ci ildə “İnformasiya şəbəkələrində mətn sənədlərinin emalının intellektləşdirilməsinin modelləri və üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 05.13.01-Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır.
  •     2012-ci ildə Azərbaycan Texniki Universiteti və Cənubi Koreya mütəxəssislərinin birgə yerinə yetirdiyi “Elektron Universitet” layihəsinə uyğun olaraq Seul şəhərində, Bauman adına Moskva Dövlət Texniki və Kipr Respublikasının Doğu Akdeniz universitetlərində İT meneceri üzrə ixtisasartırma kursları keçmiş uyğun sertifikatlar almışdır.
  •     Hal – hazırda Dövlət qulluğuna qəbul komissiyasında müstəqil ekspert kimi fəaliyyət göstərir.
  • 13 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cənablarının Sərəncamı ilə t.e.d. Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Yuxarı
  • Developed by: Ayaz Askerov