Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/02/13 : BP şirkəti (British Petr

Elektron xidmətlərin təşkili və informasiya şöbəsi

 Şöbə müdiri: Ağayev Nicat Qabil oğlu

1990-cı ildə Gəncə şəhərində anadan olub.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakultəsini bitirib. 2011/2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb.

2013/2014–cü illərdə Çinin Anxoy Universitetində çin dili ixtisası üzrə təhsil alıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsində fərqli vəzifələrdə çalışıb.

2018-ci ilin fevral ayında Azərbaycan Texnologiya Universitetində Ümumi şöbənin, martın 28-də isə Elektron xidmətlər və informasiya şöbəsinin müdiri təyin olunub.

  • e.mail: n.agayev@uteca.edu.az
  • tel:(022) 257 08 81

 

ŞÖBƏNİN İŞ PRİNSİPİ:

Elektron xidmətlər və informasiya şöbəsi Azərbaycan Texnologiya Universtetinin tərkibində fəaliyyət göstərən funksional struktur bölmədir. Şöbə öz fəaliyyətində qüvvədə olan qanunvericilik və normativ-hüquqi aktları, UTECA-nın nizamnaməsini və  şöbənin əsasnaməsini rəhbər tutur.

Elektron xidmətlər və informasiya şöbəsinə rəhbərliyi müdir həyata keçirir və şöbənin fəaliyyətini təşkil edir.

Elektron xidmətlər və informasiya şöbəsi infrastrukturun inkişafını, təhsil sistemində  elektron idarəetməni, müəllimlərin elektron bacarıqlarının artırılmasını, elektron təhsilin  tətbiqi və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətlərində çalışır. Universitetdə bununla əlaqədar informasiya təchizatına diqqət artırılmış, 3 il ərzində 100-ə yaxın müasir kompüter və digər  avadanlıqlar  alınmış. İlk növbədə tədris prosesinin təşkilində  multimedya vasitələrinin tətbiqi genişlənmişdir. Dillər kafedrasında kompüterləşdirilmiş  linqofon otağı, İnformatika kafedrasında informatika laboratoriyaları yaradılmışdır. Hal-hazırda universitet üzrə xüsusi  Kompüter Resurs Mərkəzi fəaliyyət gostərir və həmin mərkəzdən universitetin əməkdaşları, tələbələr mütəmadi olaraq istifadə edirlər.

 

Əsas funksiyaları aşağıdakılardır:

  • -Elektron sənəd dövriyyəsi sisteminin qurulmasını, təşkilini və fəaliyyətini həyata keçirmək;
  • -Daxil olan sənədləri qəbul etmək, elektron olaraq qeydə almaq, aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
  • -Sənədlərin icra müddətinə, tələblərə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək;
  • -Saytların tərtibi, xəbər və elanların yerləşdirilməsi, korporativ emaillərin açılması;
  • -Tələbə və əməkdaşlara turniket kartlarının verilməsi;
  • -Universitet  struktur bolmələrinin məlumatlarının baza sisteminə yüklənməsi;
  • -UTECA - nın dizayn işləri (buklet, poster, diplom, sertifikat və s.); 
  •  
  •  

   Şöbə öz işini UTECA-nın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.

   ŞÖBƏNİN KADR TƏRKİBİ:

  • Ağayev Nicat Qabil oğlu
  • Hacıyev Nofəl Firuddin oğlu
  • Həsənov Faxrəddin Mehralı oğlu
  • Cəfərova Heyran Mehman qızı
  • İlyasova Havva Ömər qızı
  • İlyasova Aynur Fərrux qızı
  • Əliyeva İlhamə Rəfail qızı
  • Nəsirov Kənan Oqtay oğlu
  • Bəkərova Pərvanə Fərhad qızı
  • Sadıqova Aynur Fərman qızı
  • Əfəndiyeva Səadət Rüstəm qızı
  • Namazova Şəfiqə İslam qızı
  • Behbudova Müşafərim Əliqulu qızı
  • Bayramova Nəfiylə Adil qızı
  •               

 

 

Yuxarı
  • Developed by: Ayaz Askerov