Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/12 : Əvvəlcə Azərbaycan Tex

Yüngül sənaye mühəndisliyi kafedrası

Yüngül sənaye mühəndisliyi kafedrası

 Kafedra müdiri:    Mirzəyev Tofiq Hacı oğlu                                             

  • Doğulduğu il, ay və gün:      25may 1958 - ci il
  • Doğulduğu yer:      Gəncə şəhəri
  • Bitirdiyi ali məktəb:   Azərbaycan Texnologiya İnstitutu
  • Elmi dərəcəsi:   Texnika üzrə fəlsəfə doktoru
  • Elmi adı:  Dosent
  • İxtisası:  Mühəndis texnoloq

       Yüngül sənayenin əsas məhsullarının konstruksiya edilməsi, hazırlanma texnologiyası, maşın və avadanlıqları  üzrə müxtəxəsis hazırlığı Azərbaycan Texnologiya İnstitutunun (indiki Azərbaycan Texnologiya universitetinin) yarandığı ilk gündən aparılmışdır. Bu istiqamətlər üzrə “Pambığın ilkin emalı”, “Əyricilik texnilogiyası”, “Toxuculuğun texnologiyası”, “Tikiş məmulatlarının texnologiyası”, “Tikiş məmulatlarının konstruksiya edilməsi”, “Trikotajın texnologiyası”, “Yüngül sənaye istehsalatının maşın və avadanlıqları” ixtisasları üçün üç ixtisas kafedrası 1981-ci ildən fəaliyyət göstərirdi. Sonrakı illərdə bu kafedraların dəfələrlə adları dəyişdirilmiş, bəziləri dərs yüklərinin normadan az olması səbəi ilə bağlanmış yaxud başqa kafedraların tərkibinə verilmişlər.

       2017-ci ilin 14 sentyabrından Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının qərarı və rektorun müvafiq əmri ilə “Yüngül sənaye mühəndisliyi” kafedrası yaradılmışdır. Kafedraya 02 noyabr 2017-ci ildən texnika üzrə fəlsəfə doktoru, dosent Tofiq Hacı oğlu Mirzəyev rəhbərlik edir.

       Kafedranın hazırda Azərbaycan MEA,  Azərbaycanın bir çox universitetlərinin müvafiq kafedraları, o cümlədən Türküyə, Rusiya, Belarusiya, Ukraina, Gürcüstan universitetləri ilə əməkdaşlıq əlaqələri yaradılır. Bundan başqa kafedra 2018-ci ildən Respublikanın bir çox istehsalat müəsisələri ilə Elmi və digər işlər üzrə əlaqələr yaratmağı, universitet daxilində canlı istehsal sahələri təşkil etməyi hədəfləyir.    Kafedrada qlobal internet şəbəkəsinin və İKT köməyi ilə yüngül sənayenin müxtəlif sahələrinə aid Avropa standartlarına cavab verən yeni tədris vəsaitlərinin, proqram və metodiki göstərişlərin işlənməsi, tədris prosesində onlardan aktiv istifadə olunması sahəsində işlər aparılır. Kafedra özünün kiçik kafedra kitabxanasını yaratmağı planlaşdırır. Bura mühazirə mətnləri, proqramlar, metodiki göstərişlər, dərslik və dərs vəsaitləri, ixtisaslara aid kitablar toplanır. Kafedrada planlaşdırmaya uyğun olaraq elmi seminarlar, açıq dərslər keçirilir. Elmi- tədqiqat işinin nəticələri müzakirə olunur. Kafedra əməkdaşları tərəfindən elmi - metodiki tövsiyələr, kitablar nəşr edilir, elmi jurnallarda, elmi-praktiki konfranslarda maraqlı çıxışlar edilir. Hazırda kafedrada yeddi doktorant və dissertant, beş magistrant müxtəlif mövzular üzrə Elmi-tədqiqat işləri yeriə-yetirirlər. 2017-ci ilin yekunlarına görə kafedrada yerinə-yetirilən Elmi işlərin nəticələrindən 27 elmi məqalə çap edilmişdir ki, onlardan 8 məqalə xarici ölkələrin nüfuzlu Elmi məcmualarında dərc edilmişdir.

       Kafedranın əməkdaşları tərəfindən 2018–2020 ci illərdə aşağıdakı iki Elmi problem mövzu üzrə tədqiqat işi aparmaları nəzərdə tutulmuşdur: 1.Tikiş məmulatları istehsalatında rosional emal texnologiyalarının işlənməsi; 2.Bərpa təyinatlı uşaq geyimlərinin və ortopedik ayaqqabıların gigienik xassələrinin tədqiqi. 

       Hazırda kafedrada əvvəlki nəsl həmçinin ən yeni nəsil baza avadanlıqları, cihaz və qurğuları əsasında dörd tədris-istehsalat, həmçinin iki təçrübə və Elmi-tədqiqat laborrtoriyaları formalaşdırılır.

       Kafedrada “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üzrə bakalavr hazırlığı və bu ixtisasın müxtəlif ixtisaslaşmaları üzrə magistr hazırlığı həmçinin “Qeyri-ərzaq mallarının keyfiyyət ekspertizası və marketinqi” ixtisaslaşması üzrə də magistr hazırlığı həyata keçirilir. Kafedrada yuxarıda adı keçən və digər bəzi ixtisaslar üzrə bakalavr hazırlığında 26 fənn, magistr ixtisaslaşmalarında 21 fənn tədris edilir. Bu fənlərin tədrisi üçün kafedrada bütün tədris-metodiki vəsaitlər hazırlanmışdır və bu iş planlı şəkildə davam etdirilərək təkmilləşdirilir.

Hazırda kafedranın kadr tərkibi aşağıdakı kimidir:   

  •        1. Babayev Firdovsi Əsgər oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent. 
  •        2. Kərimov Tariverdi Qurban oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent.  
  •        3. Əliyev Şakir Rüstəm oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent.     
  •        4.  Fərzəliyev Babək Əhməd oğlu – baş müəllim.
  •        5. Hümbətova Maya Hüseynqulu qızı – baş müəllim.
  •        6. Tağıyeva Tamam Əhməd qızı – baş müəllim.
  •        7. Aslanova Raisa Xələf qızı – baş müəllim.
  •        8. Əliyeva Gülnarə Nurəddin qızı – baş müəllim.
  •        9. Fərəcova Sümuzər Səyyad qızı – baş müəllim.
  •      10. Musazadə Şəhla Ramiz qızı – assistant.
  •      11. Əsgərova Radə İsfəndiyar qızı – laboratoriya müdiri.
  •      12. Həsənova Tahirə Dilən qızı – laboratoriya müdiri.
  •      13. İsmayılova Bahilə Əhməd qızı – tədris ustası.
  •      14. Rəhimova İradə Ədil qızı – baş preporator.
Yuxarı
  • Developed by: Ayaz Askerov