Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/11/17 :

Məzun koordinasiya və təcrübə-karyera şöbəsi

 

Şöbə müdiri:    Bayramov Fuad Müslüm oğlu

1972-ci il 19 noyabrda Cəbrayıl rayonu Sultanlı kəndində anadan olmuşam. 1980-1990-cı illərdə Cəbrayıl rayon Sultanlı kənd məktəbində oxumuşam. 1990-1992- ci il illərdə hərbi xidmətdə olmuşam. 1994-1998-ci illərdə Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. 1998-2014-cü illərdə müxtəlif universitetə hazırlıq kurslarında müəllim, müdir müavini və müdir vəzifələrində çalışmışam.

 Ailəliyəm, 2 övladım var.

Şöbənin əməkdaşları

1. Bayramov Vüsal Eldəniz oğlu - Təcrübə-karyera üzrə mütəxəssis 

21.12.1990-cı ilə Gəncə şəhərində anadan olmuşam. 1997-ci ildə Gəncə şəhəri 43 saylı tam orta məktəbinə getmiş, 2008-ci ildə həmin məktəbi uğurla bitirmişəm. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitenin bakalavr pilləsinə qəbul olmuşam. Aqrar İqtisadiyyat fakultəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil almışam. 2012-ci ildə ADAU-ni bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 2012/2013-cü illərdə Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmətdə olmuşam. 2013/2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisası üzrə magistr pilləsində təhsil almış və 2015-ci ildə magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə həmin universiteti bitirmişəm.

         2013/2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Gəncə Asan Xidmət mərkəzində 4 ay müddətinə (21.12.2013/25.04.2014) könüllü olaraq fəaliyyət göstərmişəm və 1-ci dərəcə sertifikatla təltif olunmuşam.

         2016-cı ildən Azərbaycan Texnologiya Universitetində işləyirəm. 2016/2017-ci illər ərzində əvvəl İqtisadiyyat və idarəetmə fakultəsində “Menecment” kafedrasının laborantı, sonra həmin fakultənin tyutoru vəzifələrində işləmişəm.

         Hal-hazırda Azərbaycan Texnologiya Universitetində Məzun-koordinasiya və Təcrübə-karyera şöbəsində Təcrübə-karyera üzrə mütəxəssis vəzifəsində işləyirəm.  

2.Namazova Şəfiqə İslam qızı -Təcrübə-karyera üzrə mütəxəssis 

1981-ci ildə Gəncə şəhərində müəllim ailəsində      anadan olmuşam.Orta məktəbi 1998-ci ildə bitirmişəm.Ailəmiz 4 nəfərdən ibarətdir.Ali təhsilim- GDU-də “İbtidai təhsilin pedaqogikası və metodikası”fakültəsini  2006-də bitirmişəm.

 2014-cü ildə ATU-da “Tələbə-məzun “bölməsində  mütəxəssis vəzifəsinə işə     qəbul olmuşam.Hal –hazıda ATU-da Məzun koordinasiyasında mütəxəssis vəzifəsində çalışıram.

Yuxarı
  • Developed by: Ayaz Askerov