Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/12 : Əvvəlcə Azərbaycan Tex

Elm və xarici əlaqələr mərkəzi

   

 

 

Elm və Xarici Əlaqələr mərkəzi universitetin bütün fakültələrinin, idarə, ofis, mərkəz və təşkilatlarının beynəlxalq fəaliyyətini tənzimləyir,  Azərbaycan Texnologiya Universitetini və onun fakültələrini beynəlxalq auditoriyada təbliğ edir və ATU-nun dünyada beynəlxalq fəaliyyətini artırmaq üçün çalışır. Biz ATU-nu daha qlobal universitetə çevirməyə cəhd edirik.  Şöbənin əsas məqsədi universitetin beynəlxalq aləmdə tanınması üçün imkanlar yaratmaqdır.

Mərkəzin əsas məqsədləri aşağıdakılardır:

  1. Səfərlər, tədbirlər və konfranslar vasitəsilə Azərbaycan Texnologiya Universitetinin beynəlxalq profilinin qurulması
  2. Yeni proqramların və təşəbbüslərin dəstəklənməsi
  3. Tələbə və müəllim-professor heyətinin mobilliyi təmin etməkdə yardımçı olmaq
  4. Yerli və beynəlxalq proqramları araşdırmaqla universitetin beynəlmiləlləşməsində yardımçı olmaq
  5. Fakültə və şöbələrin güclü beynəlxalq tərəfdaşlıqlarının yaranmasını asanlaşdırmaq
  6. Beynəlxalq universitet və dövlət orqanlarının nümayəndələrinin ziyarətinə ev sahibliyi etmək
  7. Universitetin siyasət və qaydaları inkişaf etdirmək üçün digər universitet ofisləri ilə işləmək
  8. Universitetin beynəlxalq cavabdehlik planının idarəedilməsi

       ATU Türkiyə universitetləri ilə Mevlana Mübadilə Proqramı çərçivəsində əməkdaşlıqla bağlı razılığa gəlmişdir. Universitet öz tələbələrini və müəllim-professor heyətini mübadilə proqramı çərçivəsində Türkiyə universitetlərinə göndərir  və Türkiyə universitetlərindən tələbə və müəllim-professor heyətini qəbul edir. Digər tərəfdən Universitet müxtəlif şirkətlər, qeyri-hökumət təşkilatları və dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıqlar tələbələr və fakültə üzvlərinə dünya təcrübəsindən faydalanmaq üçün çox böyük imkanlar yaradır. Bundan əlavə ATU güclü beynəlxalq əməkdaşlıqlar yaratmaq, öz tələbələri və fakültə üzvlərinin mobilliyini təmin etmək məqsədilə müxtəlif beynəlxalq proqramlara və təşkilatlara qoşulmaq üçün ciddi addımlar atır. Belə proqramlardan biri də ERASMUS proqramıdır. 

 Əcnəbi tələbələrin qəbulu 

  • ATU-da təhsil almaq istəyən əcnəbi tələbələr öz ölkələrindən birbaşa unversitetə müraciət edə bilərlər.
  • Ərizələr digər tələb olunan sənədlərlə birlikdə birbaşa Beynəlxalq Əlaqələr Ofisinə təqdim olunur və elektron şəkildə international@atu.edu.az ünvanına və ya poçt vasitəsilə göndərilə bilər. Ərizə formasını təqdim etməmişdən əvvəl seçdiyiniz təhsil səviyyəsi üzrə tələblər siyahısını nəzərdən keçirin.

 

  • Bakalavr pilləsinə qəbul şərtləri
  • Ərizə forması  
  • Orta məktəbi bitirməsi haqqında şəhadətnamə
  • Qiymət cədvəli
  • Tərcümeyi hal (CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti

 

  • Magistratura pilləsinə qəbul şərtləri
  • Ərizə forması 
  • Bakalavr diplomu
  • Qiymət cədvəli
  • Ø  Niyət məktubu
  • Tərcümeyi hal (CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti
  • Tövsiyə məktubu

 

  • Doktorantura qəbul şərtləri
  • Ərizə forması 
  • Bakalavr və magistr diplomu
  • Qiymət cədvəli
  • Ø  Aparmaq istədiyiniz tədqiqat haqqında qısa məlumat
  • Ø  Nəşrlərinin siyahısı
  • Ø  İki tövsiyə məktubu
  • Tərcümeyi hal (CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti
  •  
  • VACİB NOT:  Başqa dildə olan bütün sənədlər rəsmi tərcümə xidməti tərəfindən ingilis dilinə tərcümə olunmalıdır
  •  

Bizimlə əlaqə 

  •  
  • Elm və Xarici Əlaqələr Mərkəzinin direktoru
  • Tacəddin Bayramov
  • t.bayramov@atu.edu.az
  •  
  • Mütəxəssis
  • Məmmədova Ülviyyə
  • ulviyya.m@atu.edu.az
  •  
  • Mevlana Mübadilə Proqramı
  • mevlana@atu.edu.az
  •  
  • Ümumi məlumat üçün:
  • international@atu.edu.az
  •  
  • Ünvan:
  • Azərbaycan Texnologiya Universiteti
  • Elm və Xarici Əlaqələr Mərkəzi
  • Şah İsmayıl Xətai 103, Gəncə, Azərbaycan, AZ2011
  • Tel:  (+994 22) 257 75 53
  • Faks: (+994 12) 257 2961
Yuxarı
  • Developed by: Ayaz Askerov