Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi

İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi
Son dəyişiklik:

 

 

Şöbə müdiri:  Quliyev İmdat Firdovsi oğlu            

3 avqust 1989-cu ildə  Ağdam rayonun Şurabad kəndində anadan olub. 2006-cı ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika”  fakültəsinə qəbul olmuşdur.  2010-cu ildə qeyd olunan ixtisasi bitirərək bakalavr dərəcəsi almışdır. 2013-cü ildə M.A.Bonç-Bruneviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin “İnformasiya Texnologiyaları” istiqaməti üzrə magistraturaya qəbul olmuşdur. 2015-ci ildə magistr dərəcəsi almışdır.

2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qala korpusunda  informatika müəllimi,  2014-2015-ci illərdə Rusyanın Sankt-Peterburg şəhərində yerləşən “Вэлл Сервис” (это группа специалистов в области информационной безопасности) şirkətində  informasiya təhlükəsizliyi mütəxəsisi, 2016-cı ildən 2017-ci ilədək Azərbaycan Texnologiya Universitetinin “İnformasiya Texnologiyaları” şöbəsində şəbəkə bölmə müdiri vəzifələrində çalışmışdır. 

25 yanvar 2017-ci iı tarixindən “İnformasiya Kommunikasiya Texnologiyaları” şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur.

Şöbə haqqında məlumat

İKT infrastrukturunun inkişafını, təhsil sistemində  elektron idarəetməni, müəllimlərin İKT bacarıqlarının artırılmasını, elektron təhsilin  tətbiqi və normativ hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Universitetdə bununla əlaqədar İKT  təchizatına diqqət artırılmış, 3 il ərzində 100-ə yaxın müasir kompüter və digər  avadanlıqlar  alınmış.İlk növbədə tədris prosesinin təşkilində  multimediya vasitələrinin tətbiqi genişlənmişdir. Dillər kafedrasında kompüterləşdirilmiş  linqofon otağı, İnformatika kafedrasında informatika laboratoriyaları yaradılmışdır. Hal-hazırda universitet üzrə xüsusi  Kompüter Resurs Mərkəzi fəaliyyət gostərir və həmin mərkəzdən universitetin əməkdaşları, tələbələr mütəmadi olaraq istifadə edirlər.

       Bütün fakültələrdə, əksər kafedralarda, tədris və kadrlar şöbəsində, mühasibatlıqda və digər struktur bölmələrində idarəetmə müasir kompüterlərlə aparılır. Onların internetə cıxışı  təmin edilmişdir. Universitetin saytı hazırlanıb qeydiyyatdan keçirilmişdir.

       İHM-nin fəaliyyəti dövrundə muəllim və tələbələrin, eləcə də texniki əməkdaşların  xeyli hissəsi İKT-dən istifadə etmək bacarığına yiyələnmişdir.

Şöbənin əməkdaşları:

  • Sadıqova Aynur Fərman qızı  - WEB – dizayner;
  •  
  • Əliyeva İlhamə Rəfayıl qızı – İKT üzrə mütəxəssis;
  •  
  • Ramazanova Səidə Baxçəli qızı – operator;
  •  
  • Əfəndiyeva Səadət Rüstəm qızı – operator; 
  •   
  • Allahverdiyev Niyaməddin Müdahət oğlu – texnik

       

 

 

 

     

Yuxarı
  • Developed by: Ayaz Askerov