Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Kitabxana İnformasiya Mərkəzindən istifadə qaydaları

Kitabxana İnformasiya Mərkəzindən istifadə qaydaları
Son dəyişiklik:

 

ATU-nun KİTABXANA İNFORMASİYA MƏRKƏZİNDƏN

İSTİFADƏ QAYDALARI

I. ÜMUMİ QAYDALAR

1. Kitabxanadan professor-müəllim heyəti, elmi işçilər, doktorantlar, magistr və bakalavrlar, universitetin bütün əməkdaşları, hazırlıq kursunun müdavimləri, başqa tədris müəssisələrinin tələbələri, magistrları, doktorantları və   elmi işçiləri, həmçinin kənar şəxslər istifadə edə bilərlər. Kənar oxuculara ancaq oxu zallarında xidmət olunur.

2. Kitabxananın oxucularına kitablar, jurnallar, qəzetlər, mühazirə mətnləri, elektron resurslar və başqa materiallar istifadəyə verilir. Ədəbiyyatın verilişi oxu zallarında və abonomentdə aparılır. Kitabxanada  olmayan nəşrlər oxucunun xahişi ilə başqa kitabxanalardan alınır  və  oxu zallarında istifadə  olunur. Xüsusi və az tapılan kitabların verilişi KİM-in direktoru tərəfindən təyin edilir.

3. Ədəbiyyatın seçilişində məlumat xarakterli ədəbiyyatlardan,  ənənəvi  kataloq və kartotekalardan, elektron kataloq və kartotekalardan istifadədə oxuculara hərtərəfli kömək göstərilir. Kitabxanaya yazılış oxucuların kateqoriyasından asılı olaraq şəxsiyyət vəsiqəsi təqdim etməklə aparılır. Tələbə bileti əsasında kitabxana daim oxucu bileti verir. Başqa tədris müəssisələrinin oxucularına həmin sənədlər əsasında müvəqqəti oxucu bileti bir illik istifadə müddətinə verilir.

4. Kitabxana hər il oxucuların qeydiyyatını  aparır. Oxucu qeydiyyat zamanı adında olan bütün ədəbiyyatı təhvil verməlidir,  qeydiyyatdan sonra aldığı kitabları geri götürə bilər. Qeydiyyatdan keçməmiş oxuculara kitabxana tərəfindən xidmət edilmir. Oxucular yay tətilinə getməmişdən qabaq adlarında olan bütün kitabları təhvil verməlidir.

5. Kitabxanadan istifadəni dayandırdıqda oxucu bu halda kitabxanaya xəbər verməli və adında olan bütün  kitabları təhvil verməlidir.

6. İşini  və yaxud təhsilini  dəyişdiyi halda oxucu 10 gün müddətində kitabxanaya xəbər verməlidir.

II. ƏDƏBİYYATDAN İSTİFADƏ QAYDALARI

A. ABONOMENTDƏ

7. Elmi ədəbiyyat oxuculara bir illik müddətində aşağıdakı miqdarda verilir:

Professorlara, müəllimlərə, elmi işçilərə və doktorantlara - 15 cildə  qədər, yuxarı kurs tələbələrinə və magistrlara - 10 cildə qədər, qalan oxuculara - 5 cildə qədər, tələbə elmi cəmiyyətinin üzvlərinə əlavə -10 cildə qədər, diplomçulara əlavə - 5 cildə qədər. Tədris ədəbiyyatı 15 kitabdan çox olmamaqla bir semestr üçün verilir.

Dövrü  nəşrlər 15 gün müddətində  5 saydan və yaxud  bir komplektdən çox olmamaqla verilir. Cari ilin dövrü nəşrlərindən ancaq oxu zallarında istifadə edilir.

Bədii ədəbiyyat 15 gün müddətində 2 kitabdan çox olmamaq şərti ilə verilir.

Kitabın istifadə müddəti abonoment şöbəsinin müdirinin razılığı əsasında uzadıla bilər. Qiyabi formada təhsil alan tələbələr üçün dərsliklərin və dərs vəsaitlərinin istifadə müddəti imtahan sessiyası müddətindən asılı olaraq direktorun razılığı ilə təyin edilir.

İstehsalat təcrübəsinə gedən tələbələrə kitab fondunun vəziyyətindən asılı olaraq bütün təcrübə müddətinə verilir.

Bir nüsxədə olan nəşrlərin evə verilməsi direktor tərəfindən təyin edilir.

8. Köməkçi fondda olan kitablar, nadir qiymətli əlyazmalar, məlumat xarakterli nəşrlər, dissertasiyalar, avtoreferatlar, referativ jurnallar, qəzetlər və kitabxanalararası abonomentlə alınan kitablar evə verilmir.

9. Əgər kitab təyin olunmuş vaxtdan çox saxlanarsa, oxucu 1 ay müddətinə kitabxanadan istifadə etməkdən məhrum olunur, əgər bu hal təkrar olunarsa - 2 ay müddətində.

10. Kitabxanalararası abonomentlə alınan kitabın istifadə müddəti göndərilmə vaxtı nəzərə alınmaqla bir aydır.    

B. OXU ZALLARINDA

11. Kitablar oxu zallarının köməkçi fondundan oxucunun tələbnaməsi və yaxud şifahi tələbi əsasında verilir.

12. Əsas kitabsaxlayıcılardan oxu zalına verilmiş ədəbiyyat oxucuya ona lazım olan müddətə verilə bilər. Əgər oxucu 5 gün müddətində tələbə və aspiratlar üçün oxu zalında 10 gün müddətinə isə elmi işçilər üçün oxu zalında ona təhkim olunmuş kitab üçün müraciət etməsə həmin kitablar saxlayıcıya qaytarılır. İmtahan sessiyasına gələn qiyabi təhsil alan  tələbələrə ədəbiyyat  bütün sessiya müddət üçün verilə bilər.

13. Oxu zalından kitabın çıxarılması qadağandır. Əgər oxucu uzun müddətə oxu zalını tərk edirsə, onda kitabları növbətçi kitabxanaçıya təhvil verməlidir.

14. Oxu zallarında oxucular ədəbiyyatdan istifadəni  kitabxana tərəfindən təsdiq edilmiş xüsusi qaydalar əsasında etməlidir.

15. Kitablar kafedralardan, kabinetlərdən və laboratoriyalardan evə verilmir.

III. OXUCUNUN NƏZƏRİNƏ

16. Oxucu kitabxanadan aldığı kitablara və başqa çap əsərlərinə qayğı ilə yanaşmalıdır.

17. Oxucu kitabı aldıqda, onu yoxlayıb və onda olan nöqsanları növbətçi kitabxanaçıya deməlidir, əks təqdirdə kitabın korlanmasında oxucu məsuliyyət daşıyır.

18. Kitabda mətnin altından xətt çəkməyə, vərəqi qatlamağa, cırmağa, illüstrasiyaların kalka vasitəsilə sürətini çıxarmağa icazə verilmir.

19. Kitabxananın fonduna ziyan vurmuş şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, maddi məsuliyyət, cinayət məsuliyyəti və başqa məsuliyyət daşıyırlar. Kitabxananın fondundakı kitabları, digər mətbuat əsərlərini və başqa materialları itirmiş və yaxud onlara əvəzedilməz ziyan vurmuş  oxucular onları müvafiq olaraq eyni cür mətbuat əsərləri və materiallar ilə və yaxud kitabxananın bərabər dəyərli hesab etdiyi əsərlərlə əvəz etməli, bu cür əvəzetmə mümkün olmadıqda isə onların müəyyən olunmuş qaydada təyin edilən dəyərinin on qat məbləğini ödəməyə borcludur.

20. Oxucu kitabxanaya daxil olanda oxucu biletini növbətçi kitabxanaçıya təqdim etməlidir. Kitabxanaya yazılış zamanı oxcucu kitabxanadan istifadə qaydaları ilə tanış olub, yerinə yetirilməsi haqda imza etməlidir.

 

 

Yuxarı
  • Developed by: Ayaz Askerov