Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Avtomatika və informasiya texnologiyaları kafedrası

Son dəyişiklik:

 

 

Kafedra müdiri:

  • Soyadı, Adı, Atasının adı:                  Hacıyev Rövşən Mustafa oğlu
  • Doğulduğu il, ay və gün:                   26 mart 1959 - cu il
  • Doğulduğu yer:                                 Gəncə şəhəri
  • Bitirdiyi ali məktəb:                           Azərbaycan Neft və Kimya İnstitutu
  • Elmi dərəcəsi:                                   Texnika elmləri namizədi
  • Elmi adı:                                            Dosent
  • İxtisası:                                              Mühəndis elektrik

 Kafedra 1970-ci ildən 1975 illədək Fizika və Elektrotexniki fənlər kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 1975-ci ildən həmin kafedradan üç kafedra yaranmışdır. Onlardan biri 1975-2004-ci illərdə fəaliyyət göstərən “Avtomatika və hesablama texnikası” kafedrası olmuşdur. 2004-cü ildən kafedra yeni tərkiblə və yeni adla “Avtomatika və idarəetmə” kafedrası kimi fəaliyyət göstərir. Kafedrada azərbaycan və rus bölmələrində proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə bakalvrlar, texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə magistrlər hazırlanır.

2013-cü il fevral ayından kafedraya texnika elmləri namizədi, dosent Hacıyev Rövşən Mustafa oğlu rəhbərlik edir.

Kafedra Azərbaycan MEA-nın Elmi İnovasiya İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Neft Akademiyası və respublikanın digər universitetlərinin avtomatika və idarəetmə kafedraları, o cümlədən Rusiya Fedarativ Respublikası, Gürcüstanə universitetləri ilə sıx əməkdaşlıq edir. Qlobal internet şəbəkəsinin və İKT köməyi ilə avtomatikanın müxtəlif sahələrinə aid Avropa standartlarına cavab verən yeni tədris vəsaitlərinin, proqram və metodiki göstərişlərin işlənməsi, tədris prosesində onlardan aktiv istifadə olunması sahəsində işlər aparılır. Kafedra özünün kafedra kitabxanasını yaradır. Bura mühazirə mətnləri, proqramlar, metodiki göstərişlər, dərslik və dərs vəsaitləri, avtomatika, avtomatik idarəetmə sistemlərinə və texnikanın müxtəlif bölmələrinə aid kitablar toplanır. Kafedrada mütəmadi olaraq elmi seminarlar, açıq dərslər keçirilir. Elmi- tədqiqat işinin nəticələri müzakirə olunur. Kafedra əməkdaşları tərəfindən elmi - metodiki tövsiyələr, kitablar nəşr edilir, elmi jurnallarda, elmi-praktiki konfranslarda avtomatika və istehsalat proseslərinin avtomatik idarə edilməsi sahəsində maraqlı çıxışlar edilir.

Avtomatika və idarəetmə kafedrasında mütəxəssis hazırlığında aşağıdakı fənlər tədris olunur:

Avtomatlaşdırmanın əsasları, Mikroprosessor texnikası, Mikroprosessorlu sistemlər, Avtomatik İE əsasları, Avtomatik İE nəzəriyyəsi, Mikroelektronika və mikroprosessorlu sistemlər, İnformasiya texnologiyaları və sistemləri, Verilənlərin və biliklərin strukturu və modelləri, Hesablama təcrübələrinin avtomatlaşdırılması, Elektrik dövrələrinin nəzəri əsasları, Analoq və rəqəmli elektronika, Sxemotexnikanın əsasları, İE sistemlərinin element və qurğuları, Obyektlərin modelləşdirilməsi, Avtomatlaşdırmanın texniki vasitələri, Avtomatlaşdırmanın texniki əsasları, İE sistemlərinin identifikasiyası, Sənaye kompüter şəbəkələri və şinləri, Avtomatik İE sist. diaqnostikası və etibarlılığı, Texniki sistemlərdə avtomatik İE, Texniki sistemlərdə avtomatik İE, Multimedia texnologiyaları, Kompüterin və hesablama sistemlərinin arxitekturası, Paylanmış sistemlər, Ölçmə texnikasının əsasları, Texnoloji proseslərin İE, İnformasiya kommunikasiya texnologiyaları, Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları, Alqoritmik dillər, Kompüter və hesablama sist arxitekturası, Proqramlaşdırılan məntiqi kontroller, Korporativ informasiya sistemləri, Paralel proqramlaşdırma, Kompüter şəbəkələri, Elektronikanın əsasları, İnformasiya texnologiyalarının resursları, Rəqəmsal sistemlər, Güc elektronikası və intiqalın İE, Sensor sistemlər, İnformasiya texnologiyalarında modelləşdirmə, İntellektual İE sistemləri.

Avtomatika və idarəetmə kafedrasında hal-hazırda 4 tədris laboratoriyaları vardır və onlar müasir kompüterlərlə, proyektorla, multimedia cihaz və qurğularla təchiz olunmuşdur.

Hazırda kafedranın kadr tərkibi aşağıdakı kimidir:

  • 1. Süleymanov Akif Şamil oğlu - texnika elmləri doktoru, professor. 
  • 2. Bağırov Bayram Məhəmməd oğlu - texnika elmləri doktoru, professor. 
  • 3. Hüseynov Nazim İsfəndiyar oğlu - texnika elmləri namizədi, dosent.
  • 4. Kazı­mov Mirzə Saleh oğlu - texnika elmləri namizədi, dosent.
  • 5. Zeynallı Sübhiyyə Məmməd qızı - texnika elmləri namizədi, baş müəllim.
  • 6. Sadıqov Elmar Ramiz oğlu - texnika elmləri namizədi, assistent.
  • 7. Rəhimov Məmməd İbrahim oğlu - baş müəllim.
  • 8. Məm­mədova Ayida Məhəmmədiyə qızı - baş müəllim.
  • 9. İbra­hi­mov Qurban Əsgər oğlu - baş müəllim.
  • 10. Hüseynov Cuma Mahmud oğlu - baş müəllim.
  • 11. Hümbətov İsbəndiyar Hüseyn oğlu - baş müəllim.
  • 12. Vəliyev Vəli Qara oğlu - baş müəllim.
  • 13. Orucov Əbülfət Tanrıverdi oğlu - baş müəllim.
  • 14. Məmmədova Arzu Natiq qızı - assistent.
  • 15. Vəliyev Ramil Nazim oğlu - assistent.
  • 16. Quli­yeva Rasimə Firəddin qızı - assistent.
  • 17. İsrafilova Limon Abbas qızı - assistent.
  • 18. Verdiyeva Ülviyyə Çingiz qızı - laboratoriya müdiri.
Yuxarı
  • Developed by: Ayaz Askerov