Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Elmi şura

Elmi şura
Son dəyişiklik:

          Elmi şura

       Azərbaycan Texnologiya Universitetinin Elmi Şurası universitetdə tədrisin, elmi- tədqiqat işlərinin keyfiyyətinin və səmərəliliyinin, Universitetin beynəlxalq əlaqələrinin və nüfuzunun artırılmasına, respublikanın həyatının taleyüklü məsələlərinin müzakirəsinə və universitetin bu məsələlərin həllində fəal mövqeyinin təmin edilməsinə yönəldilmişdir. Elmi Şuranın sədri, ATU-nun rektoru, professor A.Ş.Süleymanov universitetin ənənələrinə sadiq qalaraq bir çox mühüm problemlərin elmi şuraya çıxarılmasını, onların tam aşkarlıq şəraitində obyektiv müzakirə və həll edilməsini təmin edir.

 Elmi şuranın tərkibi:

  • 1. Süleymanov Akif Şamil oğlu                         Rektor, t.e.d., professor – sədr
    2. İsmayılov Vüqar Ağamusa oğlu         Tədris işləri üzrə prorektor, i.f.d., dosent – sədr müavini
    3. Yusifov Səbuhi Cəbrayıl oğlu                        Elm və texnika üzrə prorektor, i.f.d., dosent – üzv
    4. Tağıyev Adil Arif oğlu                           İnzibati-təsərrüfat işləri üzrə prorektor – üzv  
    5. Əhmədova Mətanət İsrayıl qızı                     Universitetin elmi katibi, t.f.d., dosent – üzv
    6. Axundov Piri Fərhad oğlu                              Tədris şöbəsinin müdiri – üzv
    7. Əliyev Zaur Cəmaləddin оğlu                         İnsan kapitalının idarəetmə mərkəzinin direktoru – üzv       
    8. Kərimov Nazim Əzim oğlu                              Həmkarlar ittifaqı komitəsinin sədri – üzv 
    9. Məmmədov Xudayar Bakir oğlu                 Tələbə həmkarlar ittifaqı komitəsinin sədri – üzv     
    10. Əliyev Şakir Hüseynqulu oğlu                   Tələbə elmi cəmiyyətinin sədri, t.f.d., dosent – üzv 
    11. Əfəndiyev Sadiq Qəhrəman oğlu                 Doktorantura və magistratura şöbəsinin müdiri – üzv
    12. Hacıyev Rövşən Mustafa oğlu                  Avtomatika və idarəetmə kafedrasının müdiri, t.f.d., dosent – üzv
    13. Vəliyev Nazim Talıb oğlu                            Mexanika və texnoloji maşınlar kafedrasının müdiri, t.f.d., dosent – üzv
    14. Qocayev Tofiq Bayram oğlu              Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, t.e.d., prof. – üzv
    15. Hüseynzadə Həcər Siyavuş qızı        Keyfiyyət mühəndisliyi kafedrasının dosenti, t.f.d. – üzv 
    16. Nəbiyev Əhəd Əli oğlu                          Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, b.e.d., professor–üzv
    17. Cavadov Məzahir Məcid oğlu                  Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti, t.f.d. – üzv
    18. Yusubalıyev Yusub Köçəri oğlu                  Ali riyaziyyat və fizika kafedrasının müdiri, f.-r.f.d., dosent – üzv
    19. Yusifov Fuad Yusif oğlu                         İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, f.f.d., dos. – üzv
    20. Məmmədov Elşad  Ərşad oğlu            Ekolologiya mühəndisliyi kafedrasının müdiri, k.e.d., prof –  üzv
    21. Məmmədov Fizuli Əziz oğlu                         İnzibati idarəetmə kafedrasının müdiri, i.e.d., professor – üzv 
    22. Verdiyev Sakit Qambay oğlu                 İnformatika və telekommunikasiya kafedrasının müdiri, t.e.d., professor – üzv
    23. Qarayev Maarif Şərif oğlu                     Menecment kafedrasının dosenti, i.f.d. – üzv
    24. Hacıyeva Nüşabə Aslan qızı                   İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dosent – üzv
    25. İsgəndərov Fərman Alisgəndər oğlu      Sənayenin iqtisadiyyatı və idarəedilməsi kafed¬rası¬nın dosenti, i.f.d. – üzv
    26. Əlbəndov Ələmdar Aslan oğlu                  Kimya mühəndisliyi kafedrasının müdiri, k.f.d., fəxri professor – üzv 
    27. Əliyev Bayram  Zeynal oğlu                   Ali riyaziyyat və fizika kafedrasının professoru, f.-r.e.d. – üzv
    28. Budaqov Hüseyn Tağı oğlu                 İctimai elmlər və multikulturalizm kafedrasının dosenti, f.f.d. – üzv
    29. Musayev Həsən Musa oğlu        Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı, t.f.d., dosent – üzv 
    30. Abadov Məsim Kazım oğlu 
    31. Hüseyn Azər Sədrəddin oğlu         Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı, t.f.d., dosent – üzv 

 

Universitet Elmi şurasının vəzifələri:

- Ali təhsil müəssisəsinin nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, doktarant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;
- Ali təhsil müəssisəsinin inkişaf proqramını təsdiq edir;
- Hər il ali məktəb rektorunun hesabatını dinləyir;
- Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması, onların yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
- Fakültələrin, kafedraların və digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
- Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatlarını dinləyir. 

Azərbaycan Texnologiya Universitetinin Elmi Şurası haqqında

ƏSASNAMƏ

  1. Azərbaycan Texnologiya Universitetinin (bundan sonra ATU) Elmi Şurası haqqında Əsasnamə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2001-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmışdır və ATU-nun Elmi Şurasının (bundan sonra Elmi Şura) yaradılmasının və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
  2. Elmi Şura ATU-nun kollegial idarə orqanıdır və ATU-ya ümumi rəhbərlik bu Şura tərəfindən həyata keçirilir. ATU-nun rektoru Elmi Şuraya başçılıq edir.
  3. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
  4. Elmi Şuranın tərkibinə seçilmə qaydası, onun hüquq və vəzifələri Azərbaycan Respublikası təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə zidd olmamaq şərti ilə aşağıdakı kimi müəyyənləşdirilir:
  5.  Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə ATU-nun rektoru (sədr), tədris işləri üzrə prorektor (sədrin müavini), prorektorlar, elmi katib, dekanlar, struktur bölmələrin rəhbərləri, müəllim və tələbə həmkarlar ittifaqları komitələrinin, tələbə elmi cəmiyyətinin sədrləri daxil olurlar. Elmi Şuranın digər üzvləri ATU-nun professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edə bilər. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10%-ə qədəri ATU-nun rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ATU-nun daxilində).
  6.  Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Fakültənin professor-müəllim və elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50%-dən daha çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər.
  7.  Elmi Şura üzvünə nümayəndəlik fakültə əməkdaşlarının üzvünə 10%-i qədər müəyyənləşdirilir. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.

 

ATU-nun Elmi Şurası:

  • ATU-nun Nizamnaməsini qəbul edir, Nizamnamədə, eləcə də Nizamnamə Fondunda əlavələr və dəyişikliklər aparmaq üçün təkliflər verir və həyata keçirir;
  • ATU-nun inkişaf Proqramını təsdiq edir, ATU-nun inkişafının ən vacib məsələlərini, tədris və elmi fəaliyyətinin müxtəlif istiqamətlərini, beynəlxalq əlaqələrini həll edir;
  • ATU rektorunun səlahiyyətlərini müəyyənləşdirir və təsdiq edir, lazım gəldikdə rektora əlavə səlahiyyətlər verilməsini məsələsini həll edir;
  • ATU kollektivinin (tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin) daxili intizam qaydalarını təsdiq edir;
  • Əsasnamələri, təlimatları və digər normativ sənədləri təsdiq edir;
  • ATU-nun strukturunu müəyyənləşdirir, ona dəyişikliklər və əlavələr edir;
  • ATU-ya tələbə qəbulu planını müəyyənləşdirir;
  • Hər il ATU-nun büdcəsini müəyyənləşdirir, universitet maliyyə fəaliyyəti haqqında hesabatı dinləyir;
  • Fakültələrdə (kafedralarda) vəzifə tutmaq üçün müsabiqə keçirməyin, kontraktların və müqavilələrin vahid qaydalarını təsdiq edir;
  • Kadr məsələlərinə baxır, ATU-nun fakültələrinin elmi şuralarının təklifi və professor vəzifələrini tutmağa iddiaçıların müsabiqəsini keçirir, onların vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları barədə məsələlərə baxır.
  • Hər il ATU-nun fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
  • Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların əlavə təhsili məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
  • Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır, onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
  • Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
  • Fakültələrin, kafedraların və ATU-nun digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
  • Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
  • Fakültə dekanlarının hesabatını dinləyir;
  • ATU-nun əməkdaşlarına “professor”, “dosent” elmi adlarının verilməsi haqqında vəsatət qaldırır;
  • ATU əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsinə təqdim edir;
  • Ölkədə və dünya miqyasında tanınmış görkəmli alimlərə, dövlət xadimlərinə, ictimai və siyasi xadimlərə “ATU-nun fəxri doktoru” və ya “ATU-nun fəxri professoru” adlarını verir;
  • “ATU-nun fəxri doktoru” və ya “ATU-nun fəxri professoru” adlarını verir;
  • Elmi işə və pedaqoji fəaliyyətə görə ATU-nun mükafatlarını verir;
  • Professor-məsləhətçi ştatı ayırır;
  • Tədris planlarını təsdiq edir;
  • Monoqrafiyaların nəşri üçün qərar verir;
  • İmtahanların keçirilmə qaydalarını və qiymətləndirmə kriteriyalarını müəyyən edir;
  • Təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;
  • ATU-nun tədris-metodiki, redaksiya-nəşriyyat və kitabxana şuralarının tərkiblərini təsdiq edir;
  • AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək üçün namizədlər irəli sürür;
  • Kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə müsabiqələri həyata keçirən komissiya yaradır və onun tərkibini təsdiq edir;
  • Müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə dosent, baş müəllim və assistentləri və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.
  1. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir.
  2. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin seçilməsi və geri çağırılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
  3. Elmi Şuranın iclasları ayda bir dəfə keçirilir.
  4. Elmi Şuranın qərar çıxarması üçün iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50%-dən çoxu müzakirə olunan məsələnin lehinə səs verərsə, qərar qəbul olunmuş hesab edilir.
  5. Elmi Şuranın qərarları yalnız ATU-nun rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
  6. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və universitetin elmi katibində saxlanılır.
  7. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
  8. Əsaslı səbəblər olduqda - Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ATU Elmi Şurasının qərarı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ləğv oluna bilər. 

 

Yuxarı
  • Developed by: Ayaz Askerov