Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Keyfiyyət mühəndisliyi kafedrası

Son dəyişiklik:
  •  Kafedra müdiri: Quliyev   Şahin  Məmməd oğlu
  • Təvəllüdü 27 may 1955-ci il
  • Tərtər rayonu, Kəngərli kəndi
  • Elmi dərəcəsi: Texnika üzrə fəlsəsə doktoru         
  • Elmi adı:         Dosent
  • Baza  ixtisası:  Sənaye və mülki tikinti mühəndisliyi,
  •                        Hüquqşünas
  • Bitirdiyi  ali  məktəb: Xarkov  İnşaat  mühəndisləri  İnstitutu,
  •                      Dağıstan Dövlət  Universiteti   Hüquq fakültəsi.
  • 1981-ci ildən ATU   yaradıldıqdan sonra  milli ixtisasçı kimi 
  • Mexanika  kafedrasına  dəvət olunmuşdur. 
  • Dərc olunmuş əsərlərin sayı:  30
  • İxtiraların sayı:  1
  • Elmi marağı:     Deformasiya olunan  bərk cismlər  mexanikası. Müəssisələrdə keyfiyyət sistemlərinin idarə olunması.
  •  
  • Kafedra haqqında məlumat
  • Azərbaycan Respublikası müstəqillik  qazandıqdan sonra dünya dövlətləri ilə ticarət əlaqələri  yaradılması üçün  istehsal olunan məhsulların inkişaf etmiş dövlətlərin standartlarına uyğun olması xüsusi əhəmiyyət kəsb edirdi. Buna görə  standartlaşdırma üzrə mütəxəssislərin  hazırlanması üçün 1991-ci ildə Respublikada bir neçə Ali məktəblərdə, o cümlədən, Azərbaycan Tenologiya İnstitutunda (indiki ATU) Metrologiya, standartlaşdırma və məhsulun  keyfiyyətinə nəzarət ixtisası üzrə mütəxəssis hazırlığı ilə bağlı Metrologiya, standartlaşdırma və maşınqayırmanın texnologiyası  adı ilə  kafedra yaradılmışdır. Kafedraya  rəhbərlik professor Məm­mədov Vidadi Yunis oğlu tərəfindən həyata  keçirilmişdir.
  • 1997-ci ildə kafedra Metrologiya, standartlaşdırma və sertifikasiya,  2017-ci ildən isə Keyfiyyət mühəndisliyi adı ilə fəaliyyətni davam etdirir.
  • Kafedraya 2000-2006-cı illərdə dosent Adil Əsədov, 2006-2016-cı illərdə dosent Şahlar Babayev, 2016-cı ildə  dosent əvəzi Həcər Hüseynzadə rəhbərlik edib. 2017-ci ildən dosent Şahin Quliyev kafedra müdiridir.
  • Müasir tələbləri nəzərə alaraq kafedrada bakalavr səviyyəsində Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, magistr səviyyəsində Standartlaşdırma və sertifikasiya və Keyfiyyət və uyğunluğun qiymətləndirilməsi mühəndisliyi  ixtisasları üzrə mütəxəssislər hazırlanır.
  •  Kafedrada hazırda azərbaycan və rus dillərində tədrisdə böyük təcrübəyə malik olan yüksək səviyyəli alim-mütəxəssis kollektivi fəaliyyət göstərir:
  • Fizika və elektrik mühəndisliyindən iki dəfə ali təhsil almış, Rusiya Federasiyasında texnika elmləri doktoru dissertasiyasını müdafiə etmiş, AMEA-nın rəyi və Təhsil Nazirliyinin əmri ilə dövlət büdcəli Yeyinti və yüngül sənaye məhsullarının ekspres üsullarla ekspertizası elmi-tədqiqat laboratoriyasının müdiri, professor əvəzi Emin Namazov;
  • Ukrayna Respublikasında ali təhsili fərqlənmə diplomu ilə bitirmiş və texnika elmləri namizədi dissertasiyasını müdafiə etmiş, Rusiya Federasiyasında hüquqşünaslıq üzrə ali təhsil almış, ABŞ-ın Filadelfiya şəhərində təcrübə mübadiləsi keçmiş dosent Şahin Quliyev;
  • Azərbaycan Texnologiya Universitetinin ilk yetirmələrindən olan, uzun müddət dekan müavini vəzifəsində çalışan, texnika elmləri namizədi, dosent Qəhrəman Namazov;
  • Azərbaycan Texnologiya Universitetinin Metrologiya, standartlaşdırma və məhsulun  keyfiyyətinə nəzarət ixtisasını fərqlənmə diplomu ilə bitirmiş ilk yetirmələrindən olan, texnika üzrə fəlsəfə doktoru, dosent əvəzi Həcər Hüseynzadə;
  • Azərbaycan Texnologiya Universitetinin yetirməsi, texnika üzrə fəlsəfə doktoru dissertasiyasını Bakı Dövlət Universitetində müdafiə etmiş, kafedra müdirinin müavini, baş müəllim Rizvan Şükürov;
  • Azərbaycan Dövlət Neft Akademiyasında, İnformasiya ölçmə texnikası ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsil almış, texnika üzrə fəlsəfə doktoru, baş müəllim Rəsmiyyə Rzayeva;
  •  Azərbaycan Texnologiya Universitetinin yetirməsi, texnika üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsini hazırlayan, baş müəllim İlham Qədimov;
  •  Azərbaycan Texnologiya Universitetini fərqlənmə diplomu ilə bitirən, doktorant, baş müəllim Hüsnü Kərimov;
  • Azərbaycan Texniki Universitetin yetirməsi,  assistent Yeganə Məmmədova;
  • Azərbaycan Texnologiya Universitetinin yetirməsi, texnika üzrə fəlsəfə doktoru, laboratoriya müdiri Afət Əsgərova;
  • Azərbaycan Texnologiya Universitetinin Metrologiya, standartlaşdırma və məhsulun  keyfiyyətinə nəzarət ixtisası üzrə ilk yetirmələrindən olan, baş laborant Minarə Yusifova;
  • Azərbaycan Texniki Universitetin yetirməsi, baş laborant Minurə Hacıyeva;
  • Azərbaycan Dövlət Aqrar  Universitetinin yetirməsi, laborant Leyla Hüseynova.
  •  
  • Hazırda, ölkəmizdə və xaricdə fəaliyyət göstərən uyğun ali məktəblərin təcrübəsi  kafedrada öyrənilir və tədbiq edilir. Tələbələrin fəallığnın artırılması üçün kafedrada yeni təlim və metodlardan istifadə edilir. Kafedrada yeni informasiya  texnologiyalarının və hesablama texnikasının tədbiqi sahəsində işlər aparılır.
  •  
  • Bakalavr pilləsində tədris olunan fənlər:
  • Metrologiyanın əsasları
  • Standartlaşdırmanın əsasları
  • Sertifikatlaşdırmanın əsasları
  • Xətti-bucaq və mexaniki ölçmələr
  • Elektrik ölçmələri
  • Texnoloji ölçmələr I
  • Texnoloji ölçmələr II
  • Kvalimetriya və keyfiyyətin idarə edilməsi
  •  Sınaq və sınaq avadanlaqları
  •  Beynəlxalq standartlaşdırma və sertifikasiya
  •  İxtisasa giriş
  •  Texnoloji proseslərin metroloji təminatı
  •  Sahələrarası standartlaşdırma  sistemi
  •  Yeyinti və yüngül sənaye məhsullarının kodlaşdırılması
  •  Məhsulların sertifikatlaşdırılması və ekspertizası
  •  Ətraf mühitə nəzarətin üsul və vasitələrinin  metroloji təminatı
  •  Keyfiyyət sistemi və sertifikatlaşdırmanın metroloji təminatı
  •  İstehlak mallarının kodlaşdırılması
  •  Standartlaşdırma və serifikasiya
  •  Metrologiya, standartlaşdırma və sertifikasiya
  •  Ölçmə texnikasının əsasları
  •  Metrologiya və standartlaşdırma
  •  Metallurgiyada analitik nəzarət və metrologiya
  •  
  • Kafedranın elmi istiqaməti:
  • Kafedranın elmi istiqamətinə uyğun  elmi-tədqiqat işi kafedranın əməkdaşları tərəfindən  həyata keçirilir.
  • Keyfiyyət mühəndisliyi kafedrasının 2016-2017-ci illər üzrə elmi-tədqiqat işinin mövzüsu:
  • “Təhlükəsizlik göstəriciləri üzrə konservləşdirilmiş meyvə-tərəvəz məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılmasının müasir üsullarının işlənməsi”
Yuxarı
  • Developed by: Ayaz Askerov