Şöbənin müdiri: Asiman İlyasov Rasim oğlu
15 Fevral 1992 – ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində başa vurduqdan sonra 2010/2015 – ci illərdə Qafqaz Universiteti, Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsində Sənayenin Təşkili və idarəolunması (ingilis dili) ixtisasının bakalvr pilləsini başa vurub. 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsalat sahələrinin iqtisadiyyatı və idarəolunması” ixtisasının magistr pilləsinə qəbul olmuş və 2018-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Iki dərs vəsaitinin müəllifidir (Mikroiqtisadiyyat və Makroiqtisadiyyat)
Müxtəlif illərdə aşağıdakı vəzifələri icra etmişdir.
- 2015/2016 – ci illərdə Azərbaycan Texnologiya Universitetində “Əlavə təhsil ” bölməsinin rəhbəri
- 2016/2017 – ci illərdə Azərbaycan Texnologiya Universitetində “Gənc müəllimlərin təkmilləşdirilməsi” bölməsinin rəhbəri
- 2017 /2018-ci illərdə “İnsan Resurslarını Təlimi və İnkişafı” şöbəsinin müdiri
- 2018-ci il iyul ayının 4-dən etibarən “Keyfiyyətin təminatı” şöbəsinin müdiri vəzifəsində çalışır.
-
- Şöbənin əməkdaşları:
-
- Hüseynova Gülnaz Məhərrəm qızı – aparıcı mütəxəssis
-
- Həmzəyeva Jalə Elşən qızı - mütəxəssis
Ə S A S N A M Ə L Ə R
1. Şöbənin əsasnaməsi
2. Kefiyyət siyasəti
3.Təlimat kitabcası
Standart formalar
1.FƏNN PROGRAMI
2.Müəllimin Fərdi iş planı
3. Müəllimin İşçi planı
4.Sillabus
5.Tələbənin fərdi iş planı