Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Daxili auditor

Daxili auditor
Son dəyişiklik:
  •                          Mətləb Oqtay oğlu Əliyev
  •                         13.04.1972 - cildə Gəncə şəhərində anadan olub
  •   Təhsili:           Azərbaycan Kənd Təsərrüfatı Akademiyası
  •    İxtisas:          Müəssələrin təşkili və idarə olunması
  •                           Doktorant
  •                          Üç məqalə - iki beynəlxalq məqalə
  •    Ailəlidir.        Üç övladı var                  

 

 

Auditin strategiyası:

  • ATU-nun aidiyyatı  qərarları ilə tanış  olmaq.
  • Daxili auditlərin tezliyini, metodunu və əhatə dairəsini müəyyən etmək.
  • Tədris və tərbiyə sahəsində verilmiş əmr və qərarların icrasına, müvafiq sənədləşmə və qeydlərin aparılmasına, struktur vahidləri üzrə təyin edilmiş keyfiyyət təmsilçilərinin fəaliyyətlərinə nəzarət etmək.
  • ATU-nun keyfiyyətin idarəetmə sistemi proseslərinin dəyişdirilməsi, əlavə edilməsi və ya ləğvi barədə təkliflərin verilməsi.
  • Keyfiyyətin idarə olunmasında zəruri  informasiyanı əldə etmək üçün ATU-nun müvafiq proses rəhbərlərinə, struktur vahidlərinin rəhbərlərinə  müraciət etmək .
  • KİS-in  davamlı təkmilləşdirilməsi ilə bağlı ATU-nun Rektoruna təkliflərlə müraciət etmək.
  • Auditin vəzifələri:
  • KİS proseslərinin müəyyənləşdirilməsi və təsnifləşdirilməsi;
  • Prosedur, təlimat, formalar, proseslər (blok-sxem) və s. üçün şablonların hazırlanması və rəsmiləşdirilməsi;
  • Müəyyən edilmiş keyfiyyət üzrə siyasətin və hədəflərin (məqsədlərin) sənədləşdirilməsi;
  • ATU rəhbərliyinin və əməkdaşlarının mütəmadi görüşlərinin təşkil edilməsi;

§  Kafedralar üzrə keyfiyyət təmsilçilərinə nəzərdə tutulan işlər barədə məlumatların (tapşırıqların) verilməsi və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;

  • Tətbiq edilən sənədlərdə səhv və nöqsanların aradan qaldırılması üçün həmin sənədlərdə  dəyişikliklərin həyata keçirilməsi və onların qeydiyyatının aparılması;
  • Daxili auditlərin planlaşdırılmasının, keçirilməsinin, sənədləşdirilməsinin təşkili və bu prosesə rəhbərlik edilməsi;
  • Daxili auditlər zamanı Təhsil Nazirliyinin və universitetin  tədris və tərbiyə işlərinə aid qəbul etdiyi normativ sənədlərinin tələbləri əsas götürülür;
  • Cavabdehlər (struktur vahidləri, məsul şəxslər) tərəfindən sənədlərin düzgün istifadəsinə nəzarət edilməsi;
  • Əldə edilmiş məlumatların təhlilinin aparılması və onların nəticələrinin əks olunması üçün hesabatların hazırlanması;

§  Sertifikatlaşdırma orqanlarının qiymətləndirilməsi, seçilməsi, onlarla əlaqələrin yaradılması;

  • ATU-nun Strateji inkişaf planının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • Təyin edilmiş keyfiyyət üzrə hədəflərin (məqsədlərin) ölçülməsi;
  • Tələbə və maqistrantlar, müəllim və əməkdaşlar, valideyn və sahibkarlar arasında müxtəlif təyinatlı anket sorğularının keçirilməsinin təşkili, emal edilmiş nəticələrin Rektora təqdim edilməsi;
  • Dəyişdirilmiş sənədlərin aidiyyatı şəxslərə çatdırılmasının təmin edilməsi;
  • Düzəldici  tədbirlərin həyata keçirilməsi və onların nəticələrinin yoxlanılması ilə bağlı işlərin aparılması;
  • Əldə edilmiş məlumatların təhlilinin aparılması, müvafiq hesabatların hazırlanması  və rektora təqdim edilməsi;
  • Keyfiyyəti idarəetmə sisteminin daimi yaxşılaşdırılması və təkmilləşdirilməsi üzrə görüləcək işlərin istiqamətinin müəyyən edilməsi və onların Rektora təqdim edilməsi.

 

Yuxarı
  • Developed by: Ayaz Askerov