Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Fizika kafedrası

Kafedra müdiri: Məntiq Cəfərov Bahadur oqlu

1979-cu ildən 2004-cü ilədək, 25 il müddətində Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim, hazırlıq kursunun rəhbəri və dosent vəzifələrində işləmişdir. 

1985-1989-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında məqsədli aspirant olmuşdur, 1989-cu ildə namizədlik, 2011-ci ildə doktorluk dissertasiyasını müdafiə etmişdir. Fizika üzrə elmlər doktoru, professordur.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli, sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Məntiq Cəfərov xarici və yerli jurnallarda dərc edilmiş 97 elmi əsərin, 1 dərs vəsaitinin müəllifidir. 40-dan çox müxtəlif miqyaslı konfranslarda iştirak etmişdir.

 

Kafedrada mexanika, molekulyar fizika, elektrostatika, maqnetizm,     optika, atom və nüvə fizikası fənnləri tədris olunur.

 

Yuxarı
  • Developed by: Ayaz Askerov