Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Rektorun müraciəti

Rektorun müraciəti
Son dəyişiklik:

         

 Universitetdə  4 fakültə və 16 kafedra, 21 ixtisas üzrə bakalavr səviyyəsində kadr hazırlığını həyata kecirir.

          ►  Fakültələr:

  • Mexanika və Metallurgiya mühəndisliyi
  • Qida və Tekstil mühəndisliyi 
  • İqtisadiyyat və İdarəetmə
  • Avtomatika, Telekommunikasiya və İnformatika

          ►  İxtisaslar:
1.    İnformasiya  texnologiyaları və  sistemləri  mühəndisliyi.
2.    Elektronika,  telekommunikasiya  və radiotexnika  mühəndisliyi.
3.    Kompyuter  mühəndisliyi.
4.    Kompyuter  elmləri.
5.    Proseslərin  avtomatlaşdırılması  mühəndisliyi.
6.    Sənayenin  təşkili  və  idarə  olunması.
7.    Menecment.
8.    Marketinq.
9.    Biznesin  idarə  edilməsi.
10.   Dövlət  və  bələdiyyə  idarəetməsi.
11.   Dizayn.
12.   Ekologiya  mühəndisliyi.
13.   Metallurgiya,  standartlaşdırma  və   sertifikasiya  mühəndisliyi.
14.   Kimya   mühəndisliyi.
15.   Metallurgiya   mühəndisliyi.
16.    Nəqliyyatda  daşımaların  və idarəetmənin  təşkili  mühəndisliyi.
17.    Maşın  mühəndisliyi.
18.     Qida  məhsulları  mühəndisliyi.
19.    Texnoloji  maşın  və  avadanlıqlar  mühəndisliyi (yeyinti  sənayesi  üzrə)
20.     Çoxişlənən  malların  texnologiyası  mühəndisliyi.
21.     Istehlak  mallarının  ekspertizası  və  marketinqi.
 
          Universitetdə doktorantura  və magistratura şöbəsi fəaliyyət göstərir. 
          Missiyamız:  
          Azərbaycanın bütün strateji sahələrində texnologiyaların inkişafına təkan verən progressiv mənəvi və fiziki sağlam kadrlar yetişdirmək.
Azərbaycan Bayrağının göy və yaşıl rənglərini əməllərdə yaşadaraq, Elmi-texniki progresə təkan verməklə qırmızı rəngin əsl mənasını da əməllərdə yaşatmaq.
Müştərilərmizə yüksək keyfiyyətli məhsull  əldə etmələrinə dəstək olmaq və onlara yüksək səviyyəli xidmət göstərmək.
          Viziyonumuz:
Texnologiya və icadlar sahəsində aparıcı təhsil mərkəzi olmaq.
Daim mükəmməlliyə doğru irəliləyən bir qurum olmaq.
Ən məsul və etibarlı qurum olmaq.
Ən hörmətli və uğurlu qurum olmaq.
Sahəmizdə ən proffesional qurum olmaq.
          Strategiyamız:
Azərbaycan gənclərində gənc yaşlardan texnologiyalara sevgi və həvəs yaratmaq;
Özünü doğrultmuş dünya təcrübəsindən faydalanmaq.
          Sosial məsuliyyət:
Uzaqgörən  düşüncə
- hər məhsulumuz gələcək məhsullarımıza rəydir
-hər partnyorumuz gələcək partnyorlarımıza rəydir
-hər müştərimiz gələcək müştərilərimizə rəydir
          ATU-nun məzunları Azərbaycan Respublikasında və həmçinin onun hüdudlarından kənarda öz peşəkarlığı və fəal vətəndaşlıq mövqeləri ilə universiteti layiqincə təmsil edirlər.
          Respublikanın müstəqillik illəri ərzində universitet daha yüksək nailiyyətlər əldə etmişdir. Hal-hazırda universitetdə müasir maddi-texniki baza yaradılmış, səmərəli pedaqoji və elmi işlər aparan professor-müəllim heyəti formalaşmışdır. Onların arasında əməkdar mühəndis, əməkdar ixtiraçı, əməkdar rəssam və əməkdar elm xadimi kimi fəxri adları olan müəllimlər vardır.
          Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları tədris prosesinin və elmi-tədqiqat işlərinin səmərəliliyinin yaxşılaşdırılmasında önəmli rol oynayırlar.
          Universitetdə müasir kompüter texnikası ilə təchiz olunmuş kitabxana və oxu zalı tələbə və müəllimlərə xidmət edir.
 ATU əldə olunan nailiyyətlərə görə 1996-cı ildə «Qran Pri» Beynəlxalq mükafatı və 2002-ci ildə Fransanın Sənayeyə Yardım Assosiasiyasının "Qızıl medalı"  ilə təltif olunmuşdur.
          Azərbaycan Texnologiya Universiteti 2007-ci ildə respublika ali məktəbləri arasında ilkin akkreditasiyadan keçən universitetlərdən olmuşdur.
          Azərbaycan Texnologiya Universitetinin MDB ölkələrinin, Türkiyə Respublikasının və digər xarici ölkələrin universitetləri ilə və sahə elmi-tədqiqat institutları ilə elmi əlaqələri vardır.
 
          Ümidvaram ki, WEB - saytda universitetimiz barədə əldə etdiyiniz məlumatlar faydalı olacaqdır!

Rektor: texnika elmləri doktoru,
professor Süleymanov Akif Şamil oğlu

Yuxarı
  • Developed by: Ayaz Askerov